Pedro Rok Otanohttps://fanat.az/az/diger/14073/millimizin-basmesqcisi-istefaya-gnderildi/test (; ) — Kubalı boks məşqçisi; Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi (2014-cü ildən).

Fəaliyyəti Pedro Roque 2014-cü il avqustun 25-də boks üzrə Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə gətirildi. Onun rəhbərliyi altında Azərbaycan yığması Olimpiya Oyunları, Dünya və Avropa Çempionatları, Avropa Oyunlarında 10-u qızıl olmaqla 32 medala sahib oldu:

2015-ci il Avropa Oyunları (6 qızıl, 1 gümüş və 2 bürünc) 2015-ci il Avropa Çempionatı (1 bürünc) 2015-ci il Dünya Çempionatı (1 qızıl, 1 gümüş və 2 bürünc) 2016-cı il Olimpiya Oyunları (1 gümüş və 1 bürünc) 2017-ci il Avropa Çempionatı (1 gümüş) 2017-ci il Dünya Çempionatı (1 qızıl və 1 bürünc) 2019-cu il Avropa Oyunları (1 qızıl və 1 bürünc) 2019-cu il Dünya Çempionatı (—) 2020-ci il Olimpiya Oyunları (1 bürünc) 2021-ci il Dünya Çempionatı (1 qızıl və 2 bürünc) 2023-cü il Dünya Çempionatı (1 gümüş və 1 bürünc) 2023-cü il Avropa Oyunları (1 gümüş və 1 bürünc) 2024-cü il Avropa Çempionatı (2 bürünc) 2024-cü il Olimpiya Oyunları (1 bürünc)

2015-ci ildə Azərbaycan Prezidentinin fəxri diplomu, 2016-cı ildə "Tərəqqi" medalı, 2024-cü ildə isə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib.

İstinadlar