Aşırallar (əvvəlki adı: Aşrallar) — Azərbaycan Respublikasının Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsində kənd. 4 dekabr 2001-ci il tarixli 228-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsi tərkibindəki Aşrallar kəndi Aşırallar şəhəri1 adlandırılmışdır.
Toponimikası Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində Aşralar kəndi də mövcuddur. Hər iki kəndin əhalisi vaxtilə Xınna dərəsində məskən saldıqları üçün Xınnalı da adlanırdı. Onların qışlaq yeri aranda Alakol ərazisində, yaylaq yurdu isə Qəribli sahəsində olmuşdur. Sonralar həmin yaylaq və qışlaq yerləri əsasında aşıralların adını daşıyan iki müstəqil kənd yaranmışdır. Yerli əhali bu kəndləri Aran Aşıralları və Dağ Aşıralları da adlandırır. Aşrallar/Aşıralılar variantlarında da qeydə alınan bu oykonim ərəb mənşəli "aşura" sözü ilə əlaqələndirilir. Mütəxəssislərin bir qismi bu fikirdədir ki, oykonim aşur (məhərrəm ayının onuncu gunu), alı (Əli) sözlərindən və -lar şəkilçisindən ibarət olub, "məhərrəm ayının onuncu günü matəm saxlayan müsəlmanlar" deməkdir. Əslində, oykonim aşırallar nəslinin adındandır.
Tarixi
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd düzənlik ərazidə yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999197941032009↗249↗119↗130
İqtisadiyyatı
Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil Kənddə təhsil müəssisəsi mövcud deyil.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Alakol kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri