Amerikalı psixopat — Bret İston Ellis tərəfindən 1991-ci ildə nəşr olunmuş romandır. Roman 2000-ci ildə eyniadlı filmlə ekranlaşdırılmışdır.

Mövzusu Kitabda qələmə alınmış hekayə 1980-ci illərdə baş verir və Nyu-Yorkun Manhetten ərazisində yaşayan, olduqca zəngin, xarici görünüşünə çox böyük əhəmiyyət verən və yaraşıqlı hesab edilən investisiya bankiri Patrik Beytmanın həyatından bəhs edir. Beytman hər nə qədər investisiya bankiri kimi tanınsa da, onun hamıdan gizli qalan bir sirri var. Belə ki, Beytman həm də serialı qatildir.

Ekranlaşdırılması Kitab 2000-ci ildə eyniadlı filmlə ekranlaşdırılmışdır. Filmin rejissoru Meri Harron olmuşdur. Filmdə baş rolda isə Kristian Beyl çəkilmişdir.

Həmçinin bax Patrik Beytman Amerika psixopat

İstinadlar

Kateqoriya:1991-ci ilin romanları Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:Nyu-Yorkda çəkilmiş filmlər Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Filmlərə adaptasiya olunmuş ABŞ romanları Kateqoriya:Pis qəhrəmanların yer aldığı əsərlər Kateqoriya:Cinsi təcavüz haqqında romanlar Kateqoriya:İngilis dilində romanlar