– Yaponiya sosial iqtisadçısı.

Həyatı Kanay Noburu 1865-ci ildə indiki Şizuoka prefekturasında doğulmuşdur. 1885-ci ildə Tokio Universitetini bitirmiş, Ernest Fenollosanın tələbəsi olmuşdur. Almaniyada sosial iqtisadiyyat və İngiltərədə sosial problemlər üzrə təhsil almışdır. 1890-cı ildə Yaponiyaya qayıtmışdır.

1890–1925-ci illərdə Tokio Universitetinin hüquq fakültəsinin professoru olmuşdur. O, sosial siyasət üzrə hökumət qanunvericiliyində alman modelini dəstəkləmişdir. 1897-ci ildə Yaponiya Sosial Siyasət Tədqiqatları Assosiasiyasını qurmuş, işçilərin hüquqlarının qorunmasını müdafiə etmişdir. 1908-ci ildə İmperator Akademiyasına qəbul edilmişdir. 1919-cu ildə Tokio Universitetinin iqtisadiyyat məktəbinin ilk dekanı olmuşdur.

Kanay Rus-yapon müharibəsini dəstəkləmiş, 1903-cü ildə baş vermiş Yeddi professor insidentinin iştirakçılarından biri olmuşdur.

Əsərləri və kitablarının müəllifi olmuşdur.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya iqtisadçıları Kateqoriya:Tokio Universitetinin müəllimləri