Təranə Əlidostu (; ) — İran aktrisası.

Həyatı Təranə Əlidostu İran futbol yığmasının oyunçusu Həmid Əlidostunun ailəsində anadan olmuşdur. Anası isə heykəltəraşlıqla məşğul olub. Təranənin kinematoqrafda debütü 17 yaşına təsadüf edir. O zaman Rəsul Sədr Əməlinin "Mən Təranəyəm, 15 yaşım var" filmində baş rolu ifa etmişdi. Bu roluna görə o, Lokarno Film Festivalında ən yaxşı aktrisa kimi "Gümüş bəbir" və Fəcr Beynəlxalq Film Festivalında "Büllur simurq" mükafatlarına layiq görülmüşdür. İkinci mükafata layiq görülən ən gənc ifaçı kimi tarixə düşüb.

Təranə Əlidostu tanınmış İran kinorejissoru Əsgər Fərhadi ilə sıx əməkdaşlıq edir. Aktrisa onun "Gözəl şəhər", "Atəşfəşanlıq çərşənbəsi", "Elli haqqında" və "Satıcı" filmlərində çəkilmişdir. Sonuncu filmdə ifa etdiyi rola görə 2016-cı ilin Kann Film Festivalında Ən yaxşı aktrisa nominasiyasına namizədlərdən biri olub. Aktrisa həmçinin, 2008-ci ildə İran kinosunun klassiki Abbas Kiyarüstəminin "Şirin" filminə çəkilərək kinozalda əyləşmiş yüzlərlə tamaşaçıdan birini ifa etmişdir.

Təranə Əlidostu kino ilə yanaşı, teatrda da fəaliyyət göstərir. 2017-ci ildə Donald Trampın yürütdüyü siyasətə etiraz əlaməti olaraq, "Oskar" mükafatının təqdimetmə mərasimində iştirakdan imtina etmişdir.

Təranə Əlidostu 2022-ci ilin dekabrında Məhsa Əmini etirazları iştirakçılarından birinin edamına həsr etdiyi instaqram paylaşımından sonra həbs olunmuşdur. Bu paylaşımında Əlidostu İran hakimiyyətinin fəaliyyətinə reaksiya verməyən beynəlxalq təşkilatları tənqid etmişdi. 3 həftədən sonra zaminə buraxılıb.

Şəxsi həyatı Təranə Əlidostu ailəlidir. 2013-cü ildə qızı anadan olub.

Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Rol2002 Mən Təranəyəm, 15 yaşım var Təranə2004 Gözəl şəhər Firuzə2006 Atəşfəşanlıq çərşənbəsi Ruhi2008 Xanaan Minə2008 Şirin kinozaldakı tamaşaçı2008 Şübhə Məhtab2009 Elli haqqında Elli2012 Sadə hiylə Leyla2012 Səkkizinci küçənin axırında Nilufər2014 Nikah Sənaz2014 Atom ürək Sənaz2016 Satıcı Rəna2022 Leylanın qardaşları Leyla2022 Çıxma Fərzanə

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İran aktrisaları Kateqoriya:İran feministləri Kateqoriya:İran tərcüməçiləri Kateqoriya:XXI əsr aktrisaları Kateqoriya:İranda siyasi məhbuslar