Danger Mouse (əsl adı: Brayan Cozef Börton; ) — ABŞ musiqiçisi, səsyazma prodüseri. O, 2004-cü ildə çıxardığı özünün debüt studiya albomu olan "The Grey Album" sayəsində tanınma qazanıb. O, bu albomunda repçi Jay-Z-nin "The Black Album" albomundan olan vokal parçalarını The Beatles-ın məşhur "The White Album" albomundan olan instrumentallar ilə məharətli şəkildə birbirinə calalamışdır. 2008-ci ildə "Esquire" jurnalı onun adını XXI əsrin ən təsirli 75 şəxsi arasında göstərmişdir.
Danger Mouse 2003-cü ildə repçi CeeLo Green ilə soul musiqi duosu olan "Gnarls Barkley"-ni formalaşdırıb. Bu layihə çərçivəsində iki studiya albomu çıxarıb: "St. Elsewhere" (2006) və "The Odd Couple" (2008). Danger Mouse 2009-cu ildə indi-rok qrupu The Shins-in vokalisti Ceyms Merser ilə bir araya gələrək Broken Bells-i formalaşdırıb. Bu qrupun üç studiya albomu işıq üze görüb: "Broken Bells" (2010), "After the Disco" (2014) və "Into the Blue" (2022). Danger Mouse həmçinin repçi MF Doom ilə "Danger Doom" superqrupunu yaradıb. Onların yeganə albomu olan "The Mouse and the Mask" 2005-ci ildə yayımlanıb. Danger Mouse 2022-ci ildə repçi Black Thought ilə "Cheat Codes" adlı kollaborativ studiya albomu çıxarıb.
Danger Mouse 22 dəfə "Qremmi" mükafatına namizəd olmuş və onlardan 7-sini qazanmışdır. O, beş dəfə "İlin prodüseri" kateqoriyasında namizəd göstərilmiş və 2011-ci ildə qalib gəlmişdir.
Həyatı Brayan Cozef Börton 29 iyul 1977-ci ildə Nyu-York ştatının Vayt-Pleyns şəhərində anadan olub. Uşaqlığının böyük hissəsini Sprinq-Valli villicində keçirib. O, yeniyetmə yaşlarında Corciya ştatında yerləşən Ston-Montein şəhərinə köçüb. Orada, Redan High School-da orta təhsilini başa vurub. O, Atens şəhərindəki Corciya Universitetinə qəbul olmuş və telekommunikasiya üzrə təhsil almışdır. İlk trip-hop janrında olan əsərlərini tələbəlik illərində buraxıb: "The Chilling Effect" (1999), "Rhode Island" (2000) və "Pelican City / Scanner – Pelican City vs. Scanner" (2002). Universitetdə təhsil alarkən o, Neutral Milk Hotel kimi indi-rok qruplarının mahnılarını remiks etmişdir. O, gənc yaşlarında universitetinin radiostansiyası WUOG-FM üçün diceylik də edirdi.
Diskoqrafiya +Danger Mouse-nin prodüseri olduğu albomlarArtistTitleBuraxılış iliPrince PoThe Slickness2004GorillazDemon Days2005BusdriverFear of a Black TangentThe RapturePieces of the People We Love2006SparklehorseDreamt for Light Years in the Belly of a MountainThe Good, the Bad & the QueenThe Good, the Bad & the Queen2007The Black KeysAttack & Release2008The Shortwave SetReplica Sun MachineMartina Topley-BirdThe Blue GodBeckModern GuiltThe Black KeysBrothers2010El Camino2011Electric GuestMondo2012Norah JonesLittle Broken HeartsPortugal. The ManEvil Friends2013The Black KeysTurn Blue2014U2Songs of InnocenceASAP RockyAt. Long. Last. ASAP2015Adel25Michael KiwanukaLove & Hate2016Red Hot Chili PeppersThe GetawayVarious ArtistsResistance Radio: The Man in the High Castle Album2017Portugal. The ManWoodstockParquet CourtsWide Awake!2018Sam CohenThe Future's Still Ringing in my Ears2019Michael KiwanukaKiwanukaMGMTLoss of Life2024
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:Şərq Sahili hip-hop musiqiçiləri Kateqoriya:Parlophone artistləri Kateqoriya:ABŞ hip-hop prodüserləri Kateqoriya:Afroamerikalılar