Elmir Tağıyev () — Azərbaycanlı peşəkar futbolçu, Azərbaycan Premyer Liqasında çıxış edən "Kəpəz PFK"-nın yarımmüdafiəçisi.

Həyatı Elmir Tağıyev Mingəçevir şəhərində dünyaya gəlib. 8 yaşından futbol məşqlərinə başlayıb. Daha sonra 11 yaşında Qəbələ FK akademiyasından dəvət alaraq futbol karyerasının ilk addımlarını atıb.

Klub Karyerası

Turan Tovuz 2020/21 mövsümündə "Turan Tovuz"un heyətində çıxış edib. Daha əvvəllər Qəbələ klubunun aşağı yaş qruplarında çıxış etsə də peşəkar olaraq 2020-ci ildən oynamağa başlayıb.

Səbail 2021/22 mövsümündə Səbail FK-a transfer olan Elmir Tağıyev peşəkar futboldakı ilk qoluna "Qarabağ" klubu ilə olan oyunda imza atıb.

Kəpəz Futbolçu 2023-cü ildə bir mövsümlük "Kəpəz" komandasına icarə olunub. Burada 27 oyun keçirib və 1 qola imza atıb. "Kəpəz" ilə arasındakı yeni müqaviləyə əsasən isə o, 1+1 illik sözləşmə ilə birdəfəlik "Kəpəz"ə transfer olunub.

İstinadlar

Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Səbail FK futbolçuları Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:Mingəçevir şəxsləri Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları