Ozan Can Kökçü () — niderlandəsilli Azərbaycan futbolçusu, Türkiyənin TFF 1 Liqa klubu "Vanspor"un yarımmüdafiəçisi.

Həyatı 1998-ci il 8 avqust tarixində Niderlandda anadan olub, Azərbaycan millisində çıxış edir.

Klub Karyerası Bursaspor

29 mart 2017-ci ildə Ozan Kökçü Bursaspor ilə 4 illik müqavilə imzalayıb. O. Kökçü "Bursaspor"da debütünü 26 oktyabr 2017-ci il tarixində, Türkiyə kubokunda "Yeni Altındağ Belediyespor"la səfər oyununda edib. Oyun 0:0 hesabı ilə başa çatıb.

Valveyk

28 dekabr 2017-ci ildə RKC Valveyk klubu Ozan Kökçü ilə bir mövsümlük icarə müqaviləsi imzaladığını elan edib. O, 12 yanvar 2018-ci ildə Yonq AZ-a qarşı ev oyununda 1:0 hesablı qələbə qazanaraq Valveyk üçün I Diviziyada debüt edib. O, klubda qol hesabını 6 aprel 2018-ci il tarixində, oyunun 4-cü dəqiqəsində açıb. Oss-a qarşı 3–1 məğlub olub. Kökçü 2017–2018-ci illər mövsümündə 14 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

Giresunspor

2 avqust 2018-ci ildə Kökçü TFF Birinci Liqa təmsilçisi Giresunspor ilə üç illik müqavilə imzalayıb.

O, 12 avqust 2018-ci ildə "Eskişehirspor" a qarşı evdə 3:1 hesablı qələbə qazanaraq "Giresunspor"un heyətində liqada debüt edib.

Sabah

21 avqust 2019-cu ildə Kökçü Azərbaycan Premyer Liqa təmsilçisi "Sabah" la iki illik müqavilə imzalayıb. 13 yanvar 2021-ci ildə o, Hollandiyanın ikinci dərəcəli I Diviziyasında Telstar klubuna altı aylıq icarəyə göndərilib.

Telstar

2021-ci ilin avqustunda Kökçü Telstar ilə iki illik daimi müqavilə imzalayıb.

PSV Eyndhoven

Kökçü 6 avqust 2022-ci ildə "PSV Eyndhoven"ə qoşulub və əlavə bir il icarə ilə iki illik müqavilə imzalayıb.

HJK Helsinki

31 iyul 2024-cü ildə Finlandiyanın Veikkausliiga klubu HJK Helsinki ilə 2026-cı ilin sonuna qədər müqavilə imzaladığını açıqlayıb.Ozan Kökcü pitkällä sopimuksella Klubiin , hjk.fi, 31 July 2024

Volendam Kökçü HJK Helsinkidən ayrıldıqdan sonra 2025-ci ilin yayında Hollandiyaya qayıtdı və "Volendam" ilə 1+1 illik müqavilə imzaladı. Kökçü klubda debütünü "Heerenveen" komandasına qarşı oyunda etdi və həmin matçda qol vurdu və beləliklə, "Volendam" karyerasına qol vurmaqla başladı. "Volendam" Kökçünün klubdan ayrıldığını 30 may 2026-cı ildə elan etdi. Klubun açıqlamasına görə, oyunçu müddəti bitməkdə olan müqaviləsini uzatmamaq qərarına gəlib. O, "Volendam" klubunda 31 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Vanspor Ozan Kökçü 16 iyun 2026-cı ildə 2 illik müqavilə ilə Türkiyə Birinci Liqasının yeni komandalarından biri olan "Vanspor"a keçdi. 16 avqustda Ozan Can Kökçü "Vanspor"un heyətində I Liqanın II turunda "Manisa" ilə matçda şans qazanıb. O, 1:4 hesabıyla məğlub olduqları görüşdə komandasının yeganə qoluna imza atıb. Yarımmüdafiəçi daha sonra rəqib oyunçuya kəllə vurduğu üçün qırmızı vərəqə alıb və komandasını azlıqda qoyub.

Beynəlxalq karyera

Kökçü UEFA Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində 31 avqust 2017-ci ildə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə İsrail U21-ə qarşı keçirilən oyunun iştirak ərizəsinə daxil edilib.

Həyatı Kökçü türk əsilli futbolçudur. O, Benfika klubunda çıxış edən və Türkiyə millisinin futbolçusu olan peşəkar futbolçu Orkun Kökçünün böyük qardaşıdır. 2021-ci ilin yanvar ayında Kökçü Hollandiyada uzun müddətdir sevgilisi olan Sevillə ailə qurub.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Sabah FK futbolçuları Kateqoriya:Niderlandın kişi futbolçuları Kateqoriya:Bursaspor futbolçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Niderland Birinci Diviziyası futbolçuları Kateqoriya:Giresunspor FK futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Feyenoord FK futbolçuları Kateqoriya:Qroningen FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:Eyndhoven FK futbolçuları Kateqoriya:Türkiyə əsilli azərbaycanlılar Kateqoriya:Valveyk FK futbolçuları Kateqoriya:Niderlandlı legioner kişi futbolçular