Ərəş sultanlığı — sultanlıq Səfəvilər dövründə təşkil edilmişdir. Ərazisi əvvəllər Şirvan bəylərbəyliyinin tabeliyində idi. 1795-ci ildə isə sultanlıq mahal kimi Şəki xanlığına qatılmışdır.
Orta əsrlərin son dövrlərində Ərəş adlanan bu ərazi Şirvan bəylərbəyliyinin tabeliyində idi. Buranı "Sultan" titulu daşıyan feodal hakimlər idarə edirdilər. Sonralar Səfəvi-Osmanlı müharibələrində əldən-ələ keçən Ərəş sultanlığı xeyli zəiflədi və XVIII əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrildi.
1795-ci ildə Sultanlıq ləğv edilərək Şəki xanlığına qatıldı. Çarizmin 1873-cü ildə Qafqazda həyata keçiridiyi inzibati islahata əsasən Yelizavetpol quberniyasının tərkibində Ərəş qəzası yaradıldı. Qəzanın ərazisi 3212,5 kv.km. əhalisi isə 52371 nəfər idi. Ərəş qəzası 1929-cu ildə ləğv edilmiş, 1930-cu ildən Ağdaş rayonu yaradılmışdır. Rayonun mərkəzi XVI əsrdə salınmış, 1900-cü ildən şəhər statusu daşıyan Ağdaş şəhəridir.
Ərəş sultanları
Ərdoğdu xəlifə Təkəli (1578?) Məlik Əli — 1759-cu ildə Ağakişi bəyin qətlində iştirak etdi. Sonralar 1761-ci ildə onun kürəkəni Məhəmmədhüseyn xan Müştaqa qarşı üsyan etdi, lakin Fətəli xan Əfşarın təsdiqi ilə öz hökmranlığına keçdi. Bir az sonra öldürüldü. Məlik Əliməhəmməd xan — Məlik Əlinin oğlu. Məlik Əli Hüseyn xan Şəbəddin Sultan — Məlik Əlinin qardaşı oğlu, Məhəmmədhəsən xana qarşı üsyan etmiş, 1795-ci ildə öldürülmüşdür. Onun ölümündən sonra sultanlıq ləğv edilərək bir mahal kimi Şəki xanlığının tərkibinə qatıldı.
Həmçinin bax Ərəş
İstinadlar
Kateqoriya:Azərbaycan sultanlıqları