– yapon ifrat sağçı siyasətçi. Böyük Yaponiya Vətənpərvərləri Partiyasını qurmuşdur.

İlk illəri Akao Bin 1899-cu ildə Yaponiyanın Ayçi prefekturasının Naqoya şəhərində doğulmuşdur. 1916-cı ildə Ayçi Üçüncü Orta Məktəbindən məzun olduqdan sonra nəşriyyat biznesi ilə məşğul olmağa başlamışdır.

Fəaliyyəti Akao siyasi fəaliyyətinə kommunist kimi başlamış və 1920-ci illərdə Yaponiya polisi ilə yaşanan qarşıdurmalar səbəbilə həbs olunmuşdur. Həbsdə olduğu müddətdə İtaliya siyasətçisi Benito Mussolininin faşizim haqqında əsərlərini oxumuş və siyasi baxışını dəyişərək ifrat sağçı aktivistə çevrilmişdir.

Akao 1942-ci ildə Yaponiya parlamentinin Nümayəndələr palatasına seçilmişdir. Lakin baş nazir Hideki Toconu ictimai tənqid etdiyi üçün bu mövqeyindən uzaqlaşdırılmışdır. O, müharibə illərində Milli Fond Assosiasiyasına və Yaponiya İmperator Hakimiyyəti Assosiasiyasına rəhbərlik etmiş, Beynəlxalq Antikommunist Liqasının direktoru olmuşdur.

Akao 1952-ci ildə Böyük Yaponiya Vətənpərvərləri Partiyasını qurmuş və partiyanın prezidenti seçilmişdir. 1960-cı ildə onun təqibçilərindən biri olan Otoya Yamaquçi Yaponiya Sosialist Partiyasının sədri İneciro Asanumanı sui-qəsdlə öldürmüşdür. Akao müharibədən sonra dəfələrlə parlamentə namizəd olsa da, məğlub olmuşdur. O, kommunizm və sosializmə qarşı ifrat çıxışlar etmiş, Yaponiya imperatorunun yenidən ali siyasi avtoritet olması fikrini dəstəkləmişdir.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Kotobank saytında

Kateqoriya:Yaponiya antikommunistləri Kateqoriya:Yaponiya milliyyətçiləri