– Yaponiya siyasətçisi, Konstitusional Demokratik Partiyanın milliyyətçi rəhbəri olmuşdur.
İlk illəri Kenzo Adaçi 1864-cü ildə Yaponiyanın Hiqo əyalətində yerləşən Kumamoto şəhərində doğulmuşdur. Kumamoto klanına mənsub olan bir samurayın oğlu idi. Kumamotoda yerləşən han məktəbi Seyseykodan məzun olmuşdur.
Fəaliyyəti Adaçi fəaliyyətinə jurnalist kimi başlamışdır. Qərb ölkələri ilə bağlanmış qeyri-bərabər müqavilələrin dəyişdirilməsi fikrini təbliğ etmiş, Çin-yapon müharibəsində (1894–1895) müxbir olmuş, Sassa Tomofusanın göstərişi ilə Koreyaya gedərək orada qəzetlər yaratmış və 1895-ci ildə İmperatriça Myonsonun sui-qəsdində iştirak etmişdir. 1894-cü ildə "Çosen Ciho" əsəri nəşr olunmuşdur.
1902-ci ildə Yaponiya parlamentinə seçilmişdir. Kanseykay və Rikken Minseyto partiyalarının parlamentdəki gücünü möhkəmləndirməsi və 14 dəfə ardıcıl seçilməsi səbəbilə "seçkilər tanrısı" kimi tanınmışdır. 1925–1931-ci illərdə bir neçə dəfə daxili işlər naziri və rabitə naziri kimi fəaliyyət göstərmiş, müharibə sənayesindən şəxslər ilə yaxın əlaqələr qurmuşdur. 1931-ci ildə Mancuriyada baş vermiş 18 Sentyabr insidentindən sonra baş nazirlə yaşadığı anlaşmazlıq səbəbilə partiyasından ayrılmış və ultramilliyyətçi Kokumin Domey partiyasını qurmuşdur.
Adaçi müharibə iqtisadiyyatının və Yaponiya–Mancuriya iqtisadi blokunun yaradılmasını dəstəkləmişdir. İkinci Fumimaro Konoe kabinetində fəaliyyət göstərdikdən sonra 1940-cı ildən siyasətdən ayrılmışdır.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Kotobank saytında
Kateqoriya:Yaponiya sui-qəsdçiləri Kateqoriya:Yaponiya nazirləri