right|thumb|Monte-Karlo opera teatrının binası Monte-Karlo operası — Monakoda opera teatrı.
Tarixi left|thumb| Monako. 1878–1879-cu illərdə teatrın interyeri. 1870-ci illərdə knyazlığın əlverişli coğrafi mövqeyindən və Monakoya dəmir yolunun çəkilməsindən faydalanmaq və bununla da şəhərin turistik cəlbediciliyini artırmaq qərarına gələn Şahzadə III Karlın sifarişi ilə memar Şarl Qarnyenin layihəsinə uyğun olaraq inşa edilmişdir. thumb| Monako. Operaya giriş. Teatr Aralıq dənizinin sahilində yerləşir. Dəbdəbəli bəzədilmiş opera binasının qarşısında yəhudi əsilli rus-fransız heykəltəraş Leopold Bernştamın əl işləri olan bəstəkarlar Berlioz və Massnenin büstləri var.
Memarının adı ilə Qarnye zalı (Salle Garnier) adlandırılan və 524 tamaşaçı tutumu olan teatr zalı 25 yanvar 1879-cu ildə instrumental musiqi, balet, həmçinin, aktrisa Sara Bernarın qiraətindən ibarət tamaşa ilə açıldı. O vaxtdan teatr səhnəsində müxtəlif janrlı tamaşaların qoyulması ənənəsi formalaşıb. Teatrda səhnəyə qoyulan ilk opera 8 fevral 1879-cu ildə Rober Planketin Le Chevalier Gaston əsəri oldu və ardınca həmin mövsüm ərzində daha 3 opera səhnələşdirildi.
Dünya premyeraları Teatrın səhnəsində ümumilikdə 80-dən çox operanın dünya üzrə premyerası baş tutub, o cümlədən, Cakomo Puççininin "Qaranquş" (1917) və Moris Ravelin "Uşaq və möcüzə" (1925) operaları.
Maraqlı faktlar Manaf Süleymanov "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabında bildirir ki, 1910-cu ildə Bakıda tikilməsi nəzərdə tutulan indiki Azərbaycan Dövlət Akademik Filarmoniyasının binasının layihəsini hazırlamaq üçün memar Qavriil Ter-Mikelov məhz Monte-Karlo operasının binasını görmək üçün Monakoya ezam edilmişdi.
İstinadlar
Xarici keçidlər belcanto.ru saytında məqalə. Monte Karlo Operası də — Specialradio.ru — 2017
Kateqoriya:Monako tikililəri Kateqoriya:Monako opera teatrları Kateqoriya:1879-cu ildə yarananlar Kateqoriya:İkinci imperiya memarlığı
