Tomas Steys (; ) — amerikalı biokimyaçı, 2009-cu ildə Venkatraman Ramakrişnan və Ada Yonat ilə bərabər "ribosomun strukturu və funksiyası üzrə tədqiqatlarına görə" kimya üzrə Nobel mükafatı laureatı adına layiq görülmüşdür.The Nobel Prize in Chemistry 2009 (англ.). nobelprize.org (2009). Дата обращения: 25 августа 2020. Архивировано 22 мая 2020 года.
ABŞ Milli Elmlər Akademiyasının (1990-cı ildən),Thomas A. Steitz Архивная копия от 11 октября 2018 на Wayback Machine (англ.) Amerika İncəsənət və Elmlər Akademiyasının (1990-cı ildən), London Kral Cəmiyyətinin (2011-ci ildən) əcnəbi üzvüdür.Thomas Steitz Архивная копия от 11 октября 2018 на Wayback Machine (англ.)
Bioqrafiyası Tomas Steys 23 avqust 1940-cı ildə Miluokidə (ABŞ) anadan olmuşdur. O, Lourens Kollecində (Appleton, Viskonsin) kimya üzrə bakalavr dərəcəsini (BA, 1962), Harvard Universitetində molekulyar biologiya və biokimya üzrə doktorluq dərəcəsini (Ph. D.) almışdır.
Kimya professoru kimi T. Steys 1986-cı ildən Yel Universitetində və Howard Hughes Tibb İnstitutunda molekulyar biofizika və biokimya kafedralarında çalışmışdır. O, Yel Universitetinin molekulyar biofizika və biokimya üzrə professoru olan Joan A. Steitz ilə evlənmişdir. Onlar Konnektikut ştatının Branford şəhərində yaşayırdılar və Con adlı bir oğulları var idi.
Mükafatları 1980-ci il — Amerika Kimya Cəmiyyəti adından Pfizer MükafatıHHMI Scientist Bio: Thomas A. Steitz, Ph. D. Дата обращения: 7 октября 2009. Архивировано 10 июля 2010 года. 2001-ci il — Peter Moore və Harri F. Noller ilə bərabər Rosenstiel Mükafatı 2001-ci il — Amerika Elmin İnkişafı Assosiasiyası (AAAS) adından Nyukomb Klivlend Mükafatı 2001-ci il — Lawrence Universitetinin Lucia R. Briggs adına Görkəmli Nailiyyət Mükafatı 2006-cı il — Keyo Mükafatı 2007-ci il — Beynəlxalq Gairdner Mükafatı 2009-cu il — Venkatraman Ramakrişnan və Ada Yonat ilə bərabər "Ribosomun strukturu və funksiyalarının tədqiqinə görə" Kimya üzrə Nobel mükafatı DigərləriHHMI Scientist Bio: Thomas A. Steitz, Ph. D. Дата обращения: 7 октября 2009. Архивировано 10 июля 2010 года.
Sosial fəaliyyəti 2016-cı ildə o, Qrinpis, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərə (GMO) qarşı mübarizəni dayandırmağa çağıran bir məktub imzalamışdır.107 Nobel laureates sign letter blasting Greenpeace over GMOs. Дата обращения: 30 июня 2016. Архивировано 29 июня 2016 года.Laureates Letter Supporting Precision Agriculture (GMOs). Дата обращения: 30 июня 2016. Архивировано 7 июля 2016 года.Список нобелевских лауреатов подписавших письмо. Дата обращения: 30 июня 2016. Архивировано 2 сентября 2017 года.
İstinadlar
Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Yel Universitetinin müəllimləri