Keyşa Fatimə Zəhra () — Azərbaycanı təmsil edən badmintonçu.
Karyerası Keyşa Fatimə Zəhra 2023-cü ilin yanvarında İslandiyada beynəlxalq turnirin final görüşündə məğlub olaraq gümüş medalın sahibi oldu.
Həmin ilin iyununda Polşada baş tutan III Avropa Oyunlarının qrup mərhələsində üç qələbə qazanaraq növbəti mərhələdə vəsiqə qazandı, amma 1/8 final mərhələsində mübarizəni dayandırdı.
Avqustda Kamerunun Yaunde şəhərində baş tutan «Cameroon International 2023» beynəlxalq turnirinin qalibi oldu, sentyabrda isə Perunun Lima şəhərində International Challenge beynəlxalq turniri bürünc medalla başa vurdu.
2024-cü ilin yanvarında İsveçdə «VICTOR Swedish Open» beynəlxalq turnirində dördüncü pillənin sahibi oldu.
Keyşa Fatimə Zəhra 2024-cü ilin aprelində Dünya Badminton Federasiyasının (BWF) reytinq cədvəlinin nəticələrinə əsasən 31-ci pillədə qərarlaşaraq lisenziyalara sahib oldu. Bununla da Fatimə Zəhra olimpiadada mübarizə aparacaq birinci azərbaycanlı qadın badmintonçu olaraq tarixə düşüb.
İstinadlar
Kateqoriya:Azərbaycanın qadın badmintonçuları Kateqoriya:Azərbaycanın olimpiya badmintoçuları Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında badmintonçular Kateqoriya:2023 Avropa Oyunlarında badmintonçular Kateqoriya:Azərbaycanın İndoneziyadan milliləşdirilən idmançıları Kateqoriya:Avropa Oyunlarının Azərbaycan idmançıları Kateqoriya:Azərbaycan vətəndaşlıq hüququnu almış şəxslər