Piank () — Azərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası Вслед за этим он (Вачаган III Благочестивый) повелел жителям Арцаха, страны труднодоступной, находящейся под его властью, оставить обряды идолопоклонства и жертвоприношения, и поклонения скверным идолам. və Böyük Ermənistanın tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri.

Piankın adı "Aşxaratsuyts" ("Coğrafiya") əsərinin Arsaka və Qafqaz Albaniyasına aid inzibati-coğrafi siyahılarında qeydə alınmışdır. Havarın dəqiq sərhədləri və inzibati mərkəzi etibarlı şəkildə müəyyənləşdirilməmişdir. Tarixşünaslıqda onun Qarabağın müxtəlif hissələrində yerləşməsi haqqında bir-birindən fərqli rekonstruksiyalar mövcuddur.

Adı və yazılı mənbələrdə xatırlanması

Piank toponimi "Aşxaratsuyts" əsərinin ermənicə mətnində şəklində yazılmışdır. Əsərin müəllifliyi ənənəvi olaraq Ananiya Şirakatsi ilə əlaqələndirilsə də, bəzi mətn ənənələrində Movses Xorenatsiyə aid edilmişdir. Əsərin müxtəlif redaksiyalarının formalaşması və müəllifliyi tarixşünaslıqda müzakirə olunur.

"Aşxaratsuyts" əsərinin Arsaka aid hissəsində belə deyilir:

Arsakın havarları siyahısında Piank, Muxank və Paçkank arasında göstərilir. Əsərin Albaniyaya aid bölməsində isə Piank adı Mets-Kuenk, Mets-İrank, Harçlank və digər havarlarla birlikdə, fərqli ardıcıllıqda qeyd edilir.

İki siyahıda adların fərqli ardıcıllıqla verilməsi Piankın dəqiq sərhədlərini müəyyənləşdirməyə imkan vermir. Siyahıların mətnşünaslıq baxımından fərqləri ayrı-ayrı havarların bir-birinə qonşu olmasının müstəqil sübutu hesab edilmir.

Gevond Alişanın məlumatına görə, "Aşxaratsuyts" əsərinin Vatikan nüsxəsində Piank adı "Apiandk" () şəklində yazılmışdır. Alişan havarın sərhədlərinin dəqiq məlum olmadığını bildirmiş və onun təxminən Şuşa, Sünik və Araz arasındakı ərazidə yerləşə biləcəyini ehtimal etmişdir.

Həmin Vatikan nüsxəsinin konkret kataloq nömrəsi müəyyənləşdirilmədiyi üçün "Apiandk" forması Alişanın verdiyi əlyazma məlumatı kimi qiymətləndirilir. Piank toponiminin etimologiyası etibarlı şəkildə müəyyən edilməmişdir.

İnzibati mənsubiyyəti

"Aşxaratsuyts" əsərinin Arsak bölməsində Piank həmin vilayətin havarları sırasında göstərilmişdir. Mətn Arsakın on iki havarının albanların hakimiyyəti altında olduğunu bildirir. Bununla belə, əsərdə təsvir olunan inzibati vəziyyəti bütün tarixi dövrlər üçün dəyişməz hesab etmək olmaz.

Əsərin Albaniya bölməsində Arsak və digər qonşu ərazilərlə əlaqəli havarların yenidən sadalanması inzibati-coğrafi təsnifatın mətn ənənəsində müxtəlif formalarda qorunduğunu göstərir.

Tarixçi Fəridə Məmmədova Qafqaz Albaniyasının inzibati-ərazi quruluşunu araşdırarkən havarlarla daha iri inzibati vahidlər olan əyalətləri fərqləndirmişdir. Onun tədqiqatı bölgənin inzibati terminologiyasını anlamağa imkan versə də, Piankın ayrıca sərhədlərini müəyyənləşdirmir.

Piankın sonrakı orta əsrlərdə ayrıca inzibati vahid kimi fəaliyyətini davam etdirməsi haqqında birbaşa məlumatlar məhduddur. Buna görə sonrakı dövrlərdə Qarabağda mövcud olmuş siyasi mülklərin sərhədlərini Piankın erkən orta əsr sərhədləri ilə eyniləşdirmək mümkün deyil.

Tarixi coğrafiyası

Arsak vilayətinin mərkəzində yerləşən Piank havarı əsasən dağlıq relyefə malik idi. Havar, şimal-qərbdə Arsak bilayətinin Mets-İrank havarı, şimal-şərqdə Utik vilayətinin Aranrot havarı, cənub-şərqdə Arsak vilayətinin Muxank havarı, cənub-qərbdə isə Arsak vilayətinin Harçlank havarı ilə sərhədlənirdi. Piank havarının cənub-şərq sərhəddi boyunca Qarqarçay axırdı.

Piankın coğrafi mövqeyi haqqında tədqiqatçılar arasında fikir ayrılığı mövcuddur. Havarın yerləşməsi barədə əsas rekonstruksiyalar Araz, Quruçay, Qarqarçay və Köndələnçay hövzələrinin müxtəlif hissələri ilə əlaqələndirilir.

Makar Barxudaryants 1895-ci ildə Bakıda nəşr etdirdiyi "Arsak" əsərində Piankı Qarabağın cənub düzənliklərində, Araz və Quruçay hövzələri ilə əlaqəli ərazi kimi təsvir etmişdir. Müəllifin rekonstruksiyasında bu ərazi XIX əsrin Cəbrayıl qəzasının coğrafiyası ilə əlaqələndirilir.

Barxudaryants Piankın su ehtiyatlarının məhdud olduğunu, su mənbələrinin əsasən Araz, Quruçay və Köndələnçayın sahillərində yerləşdiyini bildirmişdir. O, həmçinin ərazidə qədim suvarma arxlarının izlərindən bəhs etmiş və bunları daha qədim dövrlərin təsərrüfat fəaliyyəti ilə əlaqələndirmişdir.

Barxudaryants Piank və Muxankı Arsakın tarixi havarları hesab etmiş, lakin düzənlikdə yerləşdiklərinə görə əsərində onları digər düzənlik havarları ilə birlikdə təsvir etmişdir.

Tarixçi Aleksan Hakobyan Piankın yerləşməsini "Aşxaratsuyts" əsərinin müxtəlif coğrafi siyahılarını müqayisə etməklə araşdırmışdır. Onun rekonstruksiyasında Piank Qarqarçayın yuxarı sol qollarının vadiləri ilə əlaqələndirilir. Bu yanaşma havarı Arazboyu düzənliklərdə yerləşdirən Barxudaryantsın modelindən fərqlənir.

Hakobyanın 2014-cü il doktorluq dissertasiyasının avtoreferatında Piank Sotk, Harçlank və Mets-İrankla birlikdə antik müəllif Strabonun xatırlatdığı Orxistena ilə əlaqələndirilmişdir.

Tiqran Gevorgyan Piankın Muxankdan cənubda, ehtimal ki, Köndələnçayın yuxarı axarında yerləşdiyini irəli sürmüşdür.

Gevorgyanın təklif etdiyi sxemdə Harçlank Qarqarçay hövzəsində, Muxank ondan cənubda və cənub-şərqdə, Piank isə Muxankdan cənubda yerləşdirilir. Pazkank Muxank və Piankdan cənubda, Araz çayına qədər uzanan ərazi ilə əlaqələndirilir.

Piankın coğrafi mövqeyi haqqında fərqli nəticələr onun erkən mənbələrdə əsasən havar siyahıları vasitəsilə tanınması ilə bağlıdır. Həmin siyahılar inzibati vahidin adını qorusa da, sərhədləri və inzibati mərkəzi barədə ətraflı məlumat vermir.

Barxudaryants havarı Araz–Quruçay hövzəsi, Hakobyan Qarqarçayın yuxarı sol qolları, Gevorgyan isə Köndələnçayın yuxarı axarı ilə əlaqələndirmişdir.

İnzibati mərkəzi və abidələri

Piankın inzibati mərkəzinin adı etibarlı şəkildə müəyyənləşdirilməmişdir. Erkən orta əsr mənbələrində havara mübahisəsiz aid edilə bilən konkret yaşayış məntəqəsi və ya qala haqqında məlumatlar yoxdur.

Bölgədə yerləşən orta əsr kitabələrinin, qalaların və digər abidələrin Pianka aidliyi yalnız onların müvafiq ərazidə yerləşməsi əsasında müəyyənləşdirilməmişdir. Sonrakı dövrlərin hakim sülalələri ilə əlaqəli epiqrafik məlumatlar da qədim havarın sərhədlərinin birbaşa sübutu hesab edilmir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Arsak Kateqoriya:Qafqaz Albaniyasının vilayətləri Kateqoriya:Azərbaycanın tarixi vilayətləri Kateqoriya:Qafqaz tarixi Kateqoriya:Qafqaz Albaniyası