Nerses Palianents (), həmçinin Nerses Palients (; ) — erməni tarixçisi, Erməni Həvari kilsəsinin, sonralar Erməni Katolik Kilsəsinin kilsə rəhbəri. Bir çox tədqiqatçılar onu erməni və Roma kilsələri arasındakı parçalanmanın günahkarı hesab edirlər (1198-ci ildə birləşmədən sonra).
Həyatı Kilikiyada, Sis şəhərində anadan olmuşdur. Kilsə təlimindən sonra kahin təyin edilmişdir. Artıq 1330-cu ilə qədər Urmiya yepiskopu idi.Армянская Советская Энциклопедия, Ներսես Պալիանենց , том 8, стр. 256, Ереван, 1982 1336-cı ildə Həvari kilsəsini tərk edərək erməni katoliklərinə qoşulmuşdur. Kilikiyaya qayıtmış və katolikliyi təbliğ etməyə başlamışdır. 1338-ci ildə təbliğat fəaliyyətinə görə ölkədən qovulmuşdur. 1338-ci ildə Papa XII Benedikt tərəfindən Manazkert arxiyepiskopu təyin edilmişdir.Армянская Советская Энциклопедия, Ներսես Պալիանենց , том 8, стр. 256, Ереван, 1982 1341-ci ildə XII Benedikt üçün erməni kilsəsinin 117 "yanlış təsəvvürü"nün siyahısını yazmışdır. Nerses orada xüsusilə Vardan Aygektsinin "İmanın kökü" əsərini sərt tənqid etmiş və onu "xüsusilə təhlükəli kitab" adlandırmışdır.Энциклопедия Христианская Армения, Վարդան Այգեկցի, Ереван, 2002, стр. 965 Bütün əsərləri və tərcümələri İrəvan (Matenadaran) və Venesiyada (Santa-Ladzaro) saxlanılır.
İstinadlar
Kateqoriya:Erməni tarixçilər Kateqoriya:XIV əsr tarixçiləri