thumb|312x312px| Amarnadan olan gil lövhələrdən biri. Amarna arxivi — Yeni padşahlıq dövründə Qədim Misir hökuməti ilə onun Şərqi Aralıq dənizindəki nümayəndələri (Kənan və Amurru), eləcə də regionlardakı digər güclü dövlətlərin (Babilistan, Hatti, Mitanni, Assuriya) padşahları arasında gil lövhələr üzərində qeyd olunmuş və əsasən diplomatik xarakter daşıyan yazışmalar toplusu.Moran, p.xxxiv

Yazışmalar Amarnada (Qədim Axetatonun indiki adı, Yuxarı Misirdə firon Exnatonun əsasını qoyduğu paytaxt) aşkar edilmişdir. Amarna yazısı Misirologiyada qeyri-adidir, çünki yazı sistemində Akkad mixi yazısı üstünlük təşkil edir və bu, Qədim Misirdən daha çox Qədim Mesopotamiya üçün xarakterikdir. Bu günə qədər 382 tablet məlumdur.

İstinadlar

Kateqoriya:Qədim Misir stelləri Kateqoriya:E.ə. II minilliyə aid əsərlər Kateqoriya:Mesopotamiya Kateqoriya:Britaniya muzeyi Kateqoriya:Britaniya muzeyinin kolleksiyası Kateqoriya:Diplomatik sənədlər Kateqoriya:Tarixi sənədlər