Raqif Əsgərov — Azərbaycan yazıçısı və fəlsəfə doktoru. 5 may 1981-ci ildə "Qızıl qələm" mükafatı təqdim olunub.

Həyatı 1 may 1957-ci ildə Ağsu rayonunun Xasıdərə kəndində anadan olub. 1972-ci ildə Ağsu rayonunun Sanqalan kəndində (keçmiş Leninabad kəndində) 8 illik məktəbi, daha sonra 1974-cü il də Bakı şəhər Nizami rayonu (keçmiş Şaumyan rayonu) 109 saylı tam orta məktəbi bitirərək, 1975–1977-ci illərdə Arxangeliski vilayətində həqiqi hərbi xidmətdə yollanıb. 1978–1984-cü illər də Voronej Dövlət Unverstetinin Filologiya fakültəsində qiyabi təhsil alıb. 1980-ci il də SSRİ Jurnalistlər İttifaqının üzvü olub. 1980–1981-ci illər də Şamaxı rayonunda dərc olunan "Yeni Şirvan" və "Novi Şirvan" qəzetlərində şöbə müdri olaraq işləyib. 1984–1988-ci illərdə Jurnalist Sənətkarlıq İnistitunda təhsilini davam etdirib. 1986–1988-ci illərdə Ağsu rayonunun "1 may" adlı sovxozunda müxtəlif vəzifələrdə işləyib.

Fəaliyyəti 1992-ci ildən "Murovdağ", "Babadağ","Çənlibel", "Həqiqətlər və faktlar","Real Press" və Azərbaycan Respublikası Ali məhkəməsinin orqanı "Paklıq" qəzetlərində baş redaktor olaraq işləyib. 1993–1996-cı illərdə Bakı M. Ə Sabir adına Pedaqoji texnikumunda Ədəbiyyat müəllimi olaraq fəaliyyət göstərib. 1998–2003-cü illərdə Elm və Təhsil Mərkəzi "Təfəkkür" Unversistetinin Hüquq Fakültəsini (bakalavr) 2003–2006-cı illərdə Hüquq Fakültəsi (Magistr)təhsilini (fərqlənmə ilə) başa vurmuşdur. 2004–2008-ci illərdə Elm və təhsil mərkəzi "Təfəkkür" Unverstetinin hüquq, filologiya və jurnalistika fakültələrində baş müəllim işləyib. 2006–2008-ci illərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə və Huquq İnstitunda təhsil alaraq hüquq elmləri üzrə fəlsəfə doktoru dərəcəsinə yiyələnib. 1993-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin,1999-cu ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Raqif Nazimoğlu, hal hazırda "Real Press" qəzetinin baş redaktoru,"Çapar.info" saytının təsisçisi və baş redaktorudur.

Əsərləri "Desəm öldürərlər, deməsəm ölləm" ("Gənclik" nəşriyyatı 1991-ci il) "Əsrin günəş yağışı" ("Şur" nəşriyyatı 1993-cü il) "Ağsu şəhidləri"1-ci hissə ("Azərbaycan"nəşriyyatı 1993-cü il) "Üzüm necə gülsün" ("Vətən" nəşriyyatı 1995-ci il) "Sən həmişə bizimləsən" ("Araz"nəşriyyatı 1997-ci il) "Şıx Səlim baba" ("Azərbaycan"nəşriyyatı 1998-ci il) "Bəxtimə düşən Cavid taleyi" ("Araz" nəşriyyatı 2000-ci il) "Sazlı sözlü Ağsuyum" ("Araz" nəşriyyatı 2000-ci il) "Məmməd Arazla söhbət" ("Araz" nəşriyyatı 2002-ci il "Gözlərim hər yerdə axtarır sizi" ("Araz" nəşriyyatı 2002-ci il) "Əbədiyyətə qovuşan ömür" ("Azərbaycan"nəşriyyatı 2002-ci il) "Hippokrat andının sadiqləri" ("Araz" nəşriyyatı 2003-cü il) "XX əsrdə Azərbaycanın tanınmış hakimləri" ("Araz" nəşriyyatı 2003-cü il) "Dəyəri əməlləri ilə qiymətləndirilən insanlar" ("Araz" nəşriyyatı 2004-cü il) "Allaha yaxın peşə sahibləri" ("Araz" nəşriyyatı 2004-cü il) "Mavi kədər" ("Araz" nəşriyyatı 2005-ci il) "Ehtiyatsızlıqdan adam öldürmə" ("Araz" nəşriyyatı 2005-ci il) "Azərbaycan millətinin əvəz olunmaz lideri" ("Araz" nəşriyyatı 2006-cı il) "Ağla Xocalım, ağla" ("Araz" nəşriyyatı 2006-cı il) "Atalı dünyam" ("Araz" nəşriyyatı 2006-cı il) "Bələnmişəm dərdlərinə dünyanın" ("Araz" nəşriyyatı 2007-ci il) "Ehtiyatsızlıqdan adam öldürmə və əmələ gələn cismani zədələr" (Dərs vəsaiti) ("Araz" nəşriyyatı 2008-ci il) "Sındıra bilmədi bu dünya məni" ("MBM" nəşriyyatı 2009-cu il) "Ürəyim dünyanın məzar yeridi" ("MBM" nəşriyyatı 2009-cu il) "Nüfuz sahibləri" ("MBM" nəşriyyatı 2010-cu il) "Mən belə dünyanın nəyini sevim" ("MBM" nəşriyyatı 2011-ci il) "Sən məni unuda bilməyəcəksən" ("MBM" nəşriyyatı 2012-ci il) "Bir nağıl danış" ("MBM" nəşriyyatı 2013-cü il) "Götür ürəyimi halalın olsun" ("MBM" nəşriyyatı 2013-cü il) " Aşıq sənətinin vüqarı Vüqar" ("MBM" nəşriyyatı 2013-cü il) "Elin Mehriban qızı" ("MBM" nəşriyyatı 2014-cü il) "Lider qadın" ("MBM" nəşriyyatı 2014-cü il) "Böyük gələcəyə İlhamla" ("MBM" nəşriyyatı 2015-ci il) "Qaytar ürəyimi səndə qalmasın" ("MBM" nəşriyyatı 2015-ci il) "Simurq nəğmələri" ("Ecoprint" nəşriyyatı 2016-cı il) "Gecəni yuxudan oyandırmışam" ("Ecoprint" nəşriyyatı 2016-cı il) "Yaxşılıqlar sultanı" ("Ecoprint" nəşriyyatı 2016-cı il) "Ağsu Şəhidləri"2-ci hissə ("RED N LİNE" nəşriyyatı 2019-cu il) "Sevgi dünyasına aparım səni" ("Ecoprint" nəşriyyatı 2020-ci il) "Xasıdərə" ("RED N LİNE" nəşriyyatı 2021-ci il) "Əməyi ilə ucalan ziyalı" ("Ecoprint" nəşriyyatı 2021-ci il) "Mənim anam" ("Füyuzat" nəşriyyatı 2022-ci il) "Zurnaçı Səfərin dastanı" ("Füyuzat" nəşriyyatı 2022-ci il) "Bu qız mənim günahımdı elə bil" ("Füyuzat" nəşriyyatı 2023-cü il) "Qobustan şəhidləri" ("Füyuzat" nəşriyyatı 2023-cü il) "Yaşa kişi kimi, öl kişi kimi" ("Füyuzat" nəşriyyatı 2024-cü il

Haqqında çap olunmuş əsərlər 1)"Sözdən saray tikən şair" ("Araz" nəşriyyatı 1998-ci il) 2)"Dünyaya meydan oxuyan şair" ("MBM"nəşriyyatı 2008-ci il) 3)"Raqif Nazimoğlu yaradıcılığında həyat kodeksi və içtimai düşüncə" ("MBM -R" nəşriyyatı 2009-cu il) 4)"Salam işıqlı adam" ("MBM" nəştiyyatı 2010-cu il) 5)"Raqif Nazimoğlu" ("MBM" nəşriyyatı 2010-cu il) 6"Dərdin sirdaşı şair" ("MBM" nəşriyyatı 2014-cü il) 7"Dünyanın dərdləri bir şairin ürəyində" ("Ecoprint" nəşriyyatı 2021-ci il) 8)"Boranlardan yaz alan şair" ("Füyuzat" nəşriyyatı 2021-ci il) 9"Raqif Nazimoğlu 2" ("Füyuzat" nəşriyyatı 2022-ci il) 10)"Ağsu yazarları Raqif Nazimoğlu haqqında" ("Füyuzat" nəşriyyatı 2023-cü il)

Mükafatları 1)"Qızıl qələm" AZƏRBAYCAN SSRİ Jurnalistlər İttifaqının laureat diplomu. (05.05.1981-ci il) 2)"Araz"Ali Ədəbi Mükafatı Diplomu. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı (22.02.1995-ci il) 3)"Kamal"diplomu Azərbaycan Respublikası Jurnalist həmkarlar İttifaqı (01.02.1996-cı il) 4)"Həsən bəy Zərdabi" diplomu Azərbaycan Jurnalistlər Birliyi (01.05.2002-ci il) 5)"Məmməd Araz"adına fəxri diplom. "Araz"nəşriyyatı (05.12.2002-ci il) 6)"Azərbaycan bayrağı"media mükafatı laureatı diplomu Azər — KİVİHİ (12.06.2007-ci il) 7)"Cəsarətli qələm"diplomu Qafqaz-media içtimai Birliyi. (13.04.2012-ci il) 8)"İlin Jurnalisti 2015"-Ali media mükafatı. Azər-KİVİHİ (10.05.2015-ci il) 9)"Azərbaycan ziyalısı"fəxri diplomu. Azər-KİVİHİ (2022) 10)"Şöhrət" mükafatı diplomu Azərbaycan KİVİHİ (29.04.2022-ci il)

İstinadlar