İstehsal kapitalı (; fiziki, real) — biznesə yatırılan, istehsal vasitələri şəklində yaradılan gəlir mənbəyi: maşın, avadanlıq, binalar, tikililər, torpaq, xammal ehtiyatları, yarımfabrikatlar, mal və xidmətlər istehsalı üçün istifadə olunan hazır məhsullar.

İstehsalda bilavasitə istifadə olunan kapital forması — istehsal vasitələri. İstehsal kapitalının miqdarı istehsal vasitələrinin qiymətləndirilməsi əsasında müəyyən edilir. Bir qayda olaraq, istehsal kapitalı öz dəyərini amortizasiya və ya icarə ödənişləri şəklində məhsullara köçürür.MANKIW, Gregory N., TAYLOR, Mark P., Economics, 2015,03, P. 2,

İstinadlar

Kateqoriya:Kapital