Hasselt Universiteti — Belçikanın Hasselt şəhərində ictimai tədqiqat universiteti.

Universitetin 7000-dən çox tələbə və 1700 akademik, inzibati və texniki işçi heyəti var.

Hasselt Universiteti təhsil, tədqiqat və innovasiya sahəsində əməkdaşlığı təşviq edən geniş regional, milli və qlobal şəbəkəyə malikdir.

Tarixi alt=Campus Hasselt, Old Prison.|thumb|402x402px|

Universitet rəsmi olaraq 1971-ci ildə Limburg Universiteti Mərləzi kimi qurulmuşdu. 1973-cü ilin sentyabrında ilk tədris ili başladı. 2005-ci ildə adı Hasselt Universiteti olaraq dəyişdirildi.

2022-ci ildə Hasselt Universiteti EURECA-PRO Avropa Universitetlər Alyansına qoşuldu. Şəbəkə tələbələrə və işçilərə məsul istehlak və istehsal sahələrində təhsil almağa, öyrətməyə və tədqiqat aparmağa imkan verir.

Hasselt universitetinin və onun Avstriya, Fransa, Almaniya, Yunanıstan, Polşa, Rumıniya və İspaniyadakı tərəfdaşlarının məqsədi davamlı inkişaf sahəsində Avropa təhsil və tədqiqat mərkəzinə çevrilməkdir.

Reytinqı Universitet Times Higher Education jurnalının reytinqində yaşı 50-dən aşağı olan 605 universitet arasında 35-ci yerdədir.

Kampusları thumb|

Diepenbek kampusu Kampus (75 ha) yaşıl zolaqda yerləşir. Burafa bir neçə tədqiqat institutu, inkubator və spin-off şirkətləri yerləşir. Tələbə restoranı, universitet kitabxanası, sinif otaqları və auditoriyalar əsas D binasında yerləşir. Digər görkəmli kampus binaları Elm Qülləsi (kimya və fizika üzrə tədris və tədqiqat laboratoriyaları) və İnşaat Mərkəzinin tətbiqi binasıdır.

Hasselt kampusu Kampusda rektor və başqa rəhbər heyyətinin otaqları yerləşir. Kampus Mərkəzi İdarəetmə İnstitutu, Nəqliyyat Tədqiqat İnstitutu, habelə Nəqliyyat Elmləri Məktəbinə ev sahibliyi edir.

Fakültələri və Məktəbləri alt=Campus Diepenbeek, Science Tower.|thumb| thumb|364x364px|Universitet medalı.

Universitetin ümumilikdə 18 bakalavr və 34 magistr proqramı olmaqla 7 fakültəsi və 3 məktəbi var.

Memarlıq və İncəsənət Biznes İqtisadiyyatı Mühəndislik Texnologiyası Qanun Tibb və Həyat Elmləri Reabilitasiya Elmləri Elmlər Nəqliyyat Elmləri Məktəbi Təhsil Araşdırmaları Məktəbi Sosial Elmlər Məktəbi

Tədqiqat İnstitutları və Mərkəzləri Universitetin 4 Tədqiqat institutu var.

Biotibbi Tədqiqat İnstitutu Ətraf Mühit Elmləri Mərkəzi Məlumat Elmləri İnstitutu Material Tədqiqat İnstitutu

Xarici keçidlər Hasselt University More information about higher education in Flanders/Belgium (in English) Find an officially recognised programme of this institution in the Higher Education Register

Kateqoriya:Belçika universitetləri Kateqoriya:Universitetlər