250px|thumb|right|Estoniyada insan hüquqlarının ilk təsbit edildiyi konstitusiyanı qəbul edən Estoniya Təsis Məclisinin ilk iclası, 23 aprel 1919-cu il Estoniyada insan hüquqları () — Estoniya Respublikasının konstitusiyanın ikinci fəslində müəyyən edilmişdir. Dövlət (Ali) Məhkəməsində ombudsman vəzifəsi (“Ədliyyə Kansleri” və ya “Hüquq Kansleri”) və konstitusiyaya nəzarət kollegiyası mövcuddur.
Estoniyada insan hüquqları hökumət tərəfindən ümumilikdə hörmətlə qarşılanır. Buna baxmayaraq, bəzi sahələrdə, məsələn, saxlanma şəraiti, polisin həddindən artıq güc tətbiqi və uşaqlara qarşı zorakılıq kimi narahatlıqlar var. Estoniya Avropada orta səviyyəli və insan inkişafı ilə qüsurlu demokratiya kimi təsnif edilmişdir. Vətəndaşlara konstitusiya, qanunvericilik aktları və Estoniya hökuməti tərəfindən ratifikasiya olunmuş insan hüquqları ilə bağlı müqavilələr əsasında əsas hüquqlar kağız üzərində təmin edilir. 2023-cü ilə qədər Estoniya mətbuat azadlığına görə dünyada 8-ci yerdə olub.
Estoniyda "Human Rights Watch", 1993-cü ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və 2008-ci ildə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı kimi bir sıra beynəlxalq və insan haqları təşkilatları çox az nəzərə çarpan problem və ya nümunələr tapmışlar. İnsan hüquqlarının sistematik şəkildə sui-istifadəsi və ya etnik zəmində ayrı-seçkilik, digərləri isə, məsələn, 2009-cu ildə Beynəlxalq Amnistiya təşkilatı (Amnesty International) immiqrantlar və "etnik estonlar arasında işsizlik nisbətindən demək olar ki, iki dəfə çox əziyyət çəkən" rus azlığı ilə bağlı narahatlıqlarını ifadə edir.
Tarixi Estoniyalıların fərdi insan hüquqları və bir etnik varlıq olaraq mövcud olmaq üçün kollektiv hüquqları Şimali Səlib yürüşləri və Almaniyanın Baltikyanı bölgəsində hökmranlığından sonra səkkiz əsr ərzində müntəzəm olaraq pozulub. Bunun ardınca iki əsrlik Rusiya imperiyası istilası və yarım əsrlik Sovet İttifaqı işğalı ilə başa çatan istila dövrü Estoniyada insan hüquqlarının inkişafı üçün şərait yaradıb.
1918-ci ildə Rusiya imperiyasının parçalanması nəticəsində Estoniya müstəqillik əldə etdi. Dövlətin 1920-ci ildə qəbul edilmiş ilk konstitusiyası dövrün standartı olan vətəndaş və siyasi hüquqlar üçün təminatları ehtiva edirdi. 1925-ci il Mədəni muxtariyyət haqqında qanun qeyri-eston etnik mənsubiyyətli vətəndaşların kollektiv hüquqlarının müdafiəsini nəzərdə tutan yenilikçi qanunvericilik nümunəsi idi.Toivo Miljan, Historical dictionary of Estonia, Scarecrow Press, 2004, p253 Həmçinin hüquqi işlək mexanizmləri olmasa da, insan hüquqları haqqında müddəalar Estoniya SSR-in 1940-cı və 1978-ci il konstitusiyalarında mövcud idi. Estoniya beynəlxalq insan hüquqları sistemində 2010-cu ilin sonuna olan məlumata görə, Avropa İnsan Hüquqları Məhkəməsi Estoniyaya qarşı qaldırılmış işlər üzrə (2001-ci ildən başlayaraq) 23 hökm çıxarmışdır.Estonia: Press country profile European Court of Human Rights Press Unit, 2011 19 halda o, Avropa İnsan Hüquqları Konvensiyasının və ya onun protokollarının ən azı bir pozuntusunu aşkar edib. 2001-ci ildə Estoniya Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığına daimi nümayəndə göndərib.Countries having extended a standing invitation to Special Procedures
2020-ci ilin mart ayında Estoniya, koronavirus pandemiyası ilə əlaqədar, Avropa Konvensiyasının insan hüquqlarıNote verbale və Vətəndaşlıq və Siyasi hüquqların təmin edilməsi Paktından müvəqqəti çıxdığını elan edib.Depositary Notification
Milli azlıqların hüquqları 2007-ci ildə beynəlxalq insan haqları təşkilatı "Amnesty International" qeyd edirdi ki, “dil azlıqlarının bir çox nümayəndələri dil yoxlamasından qorxurlar”. "Amnesty International" Dil Müfəttişliyini “Bütün Estoniya əhalisinin hüquqlarından bərabər şəkildə istifadə etməsinə mane olan” “repressiv və cəzalandırıcı orqan” adlandırıb.
Hüquq müdafiəçiləri Estoniya hökumətinə 2007-ci ilin fevralında Dil Qanununa edilmiş düzəlişləri nəzərdən keçirməyi və “repressiv, cəzalandırıcı və son dərəcə iyrənc tədbirlərdən” daha konstruktiv hərəkətlərə keçməyi tövsiyə edib.
Hüquq müdafiəçilərinin fikrincə, Estoniyada işə qəbul üçün “ciddi dil tələbləri” BMT, Avropa Şurası və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən tənqid edilib. "Amnesty International" belə nəticəyə gəlib ki, “digır azlıqlar əmək bazarında əlverişsiz vəziyyətdədir” və onların işsizlik nisbətləri “qeyri-mütənasib dərəcədə yüksəkdir”. İnsan hüquqları müqavilələrində iştirak Estoniya Avropa ŞurasınınДоговоры Совета Европы о правах человека, в которых Эстония участвует и подписанные Эстонией və BMT-nin İnsan hüquqları müqavilələrinə aid əsas sənədlərində iştirak edir. Bunların arasında BMT-nin İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Beynəlxalq Konvensiya (Estoniya konvensiyaya 1991-ci ildə qoşulub, 2010-cu ildən fərdi şikayətlərə icazə verilir), Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (1991-ci ildə qoşulub), İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt (1991), Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya (1991), İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya (1991), Uşaq hüquqları Konvensiyası (1991), Bütün fəhlə mühacirlərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında beynəlxalq Konvensiya (Latviya bu konvensiyanı imzalamayıb), Əlillərin hüquqları haqqında Konvensiya (2012-ci ildə parlament ratifikasiya edib) və s. kimi insan haqları barədə konvensiyaları var.
Estoniya Avropa Şurasının İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası (1996-cı ildə ratifikasiya olunub), Avropa Sosial Xartiyası (2002-ci ildə ratifikasiya olunub), İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası (1996-cı ildə ratifikasiya olunub), Regional və ya Azlıqların Dilləri üçün Avropa Xartiyası (imzalamayıb), Milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyası (imzalamayıb), Biologiya və Tibbin Nailiyyətlərinin Tətbiqi ilə Əlaqədar İnsan Hüququ və Ləyaqətinin Müdafiəsi haqqında Konvensiya (2002-ci ildə ratifikasiya olunub), və s. kimi insan hüquqları sənədlərinə qoşulub. Hesabat prosedurlarına dair ən son dərc edilmiş sənədlər
Ekspert orqanı Estoniyanın hesabatı Ekspert orqanı sənədi İnsan haqları komitəsi 20184-й доклад Эстонии по выполнению МПГПП 2019https://tbinternet.ohchr.org/_layouts/15/treatybodyexternal/Download.aspx?symbolno=CCPR/C/EST/CO/4 İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi 2017 3-й доклад по МПЭСКП 2019Заключительные замечания КЭСКП по 3-му докладу Эстонии İrqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitə 2019 2014 İşgəncələrə qarşı komitə 2011Пятый доклад Эстонии 2013. Uşaq hüquqları komitəsi . 2017 Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitə 20155-й и 6-й доклад Эстонии 2016 Avropa Sosial Hüquqlar Komitəsi 202017-й доклад Эстонии - по статьям 1, 9, 10, 15, 18, 20, 24, 25 ПЕСХ, 2020 2019-2020 İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsi nəzərə alınmayıb 2019Доклад ЕКПП по визиту в 2017 г. FCNM Məsləhət Komitəsi 2019Пятый доклад Эстонии о выполнении РКЗНМ 2015 İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyası nəzərə alınmayıb 2015Пятый доклад ЕКРН по Эстонии
İstinadlar
Xarici keçidlər Human rights in Estonia on OHCHR portal Documents on Estonia by the Council of Europe :Ru:Commissioner for Human Rights Documents on Estonia by the European Commission against Racism and Intolerance documents on Estonia Human rights in Europe. Review of 2019 p. 26 Estonia: The right to freedom of peaceful assembly must be protected (2006), Linguistic minorities in Estonia: Discrimination must end (2007) Chancellor of Justice Legal Information Centre for Human Rights Estonian Institute of Human Rights Estonian Human Rights Centre
Kateqoriya:Estoniyada insan hüquqları