Balıqçı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun Hacıqabul şəhər inzibati ərazi dairəsində qəsəbə.
Hacıqabul gölünün sahilində, Şirvan düzündədir. Oykonim sakinlərin əsas məşğuliyyətini özündə əks etdirir. Xakas vilayətində Balıksa, Özbəkistanda Balıqçı, Qazaxıstanda BalıkŞi qəsəbələri qeydə alınmışdır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007. 2014-cü il məlumatına görə bu qəsəbədə heç kim yaşamır.
İstinadlar
Kateqoriya:Hacıqabul rayonunun qəsəbələri