Belfast Qalası (ir. Caisleán Bhéal FeirsteIreland Highlights: Belfast Castle. https://www.irelandhighlights.com/info/belfast-castle/ )) — Şimali İrlandiyanın Belfast şəhərində Kave Hill Parkında, dəniz səviyyəsindən 400 fut (120 m) yüksəklikdə görkəmli bir yerdə yerləşən malikanə.
Qala 1867-1870-ci illər arasında Viktorian dövrünə aid tikilidir və A kateqoriyalı memarlıq abidələri siyahısına daxil edilmişdir.
Tarixi thumb|Belfast qalasının bağ fasadında açıq havada serpantin pilləkənlər. Pilləkənlər 1894-cü ildə qoyulmuşdur.
Belfast Qalası 1220-ci illərdə, Laqan çayı üzərindəki mühüm keçidi qorumaq üçün normanlar tərəfindən tikilmişdir. Bu ərazi sonralar Olster qraflığı kimi tanındı.Philip Robinson, Irish Historic Towns Atlas Number 2: Carrickfergus, pp. 1-2. Royal Irish Academy, Dublin, 1986. 1220-1550-ci illər arasında Qala bir neçə dəfə yenidən qurulmuşdur. O vaxtlar Qala lord Çiçesterin iqamətgahı idi.
Orta əsrlərdə, ehtimal ki, XIV-cü əsrin sonu və ya XV-cı əsrin əvvəllərində, qala Cenel Neoghainin güclü Uí Neill (O'Neill) sülaləsi tərəfindən ələ keçirildi.Tom McNeill, "County Down in the Later Middle Ages" in Lindsay Proudfoot (Editor), Down: History and Society, p. 117 and p. 119. Geography Publications, Dublin, 1997.Rachel Tracey and Audrey Horning, "Ulster plantation towns: an archaeology of rhetoric and reality" in Brendan Scott (Editor), Society and Administration in Ulster's Plantation Towns, p. 17. Four Courts Press, Dublin, 2019.
Bu gün gördüyümüz Belfast Qalası 1811-1870-ci illər arasında markiz Doneqal tərəfindən Şotlandiya baronları Çarlz Lanyon və oğulları üslubunda tikilmişdir.
Markiz Doneqalın ölümündən sonra VIII Şeftsberi qrafı bu qalanın tikintisini başa çatdırdı. Onun oğlu XIX Şeftsberi qrafı 1934-cü ilə qədər bu qalada yaşamışdır.
1945-ci ildən Qalada antikvar dükanı və restoran fəaliyyət göstərir.
Bərpası 1978-ci ildə Belfast Şəhər Şurası qalanın əsaslı təmirinə başladı. İş 10 il davam etdi. Təmir işlərinə 2 milyon funt sterlinqdən çox pul xərclənib. Bərpadan sonra rəsmi açılış 11 noyabr 1988-ci il Sülh Günündə baş verdi.
O vaxtdan bəri bura konfranslar, toy və digər özəl tədbirlər, eləcə də işgüzar görüşlər üçün məşhur məkana çevrilib.https://www.britainirelandcastles.com/Northern-Ireland/County-Antrim/Belfast-Castle.html .https://web.archive.org/web/20191205021836/https://www.belfastcastle.co.uk/belfast-castle/about-us/history/history.aspx
Məkanı Belfast Qalası Ulsterin şərqindəki Antrim qraflığında, Belfasta baxan Kave Hillda, dəniz səviyyəsindən 400 fut (121,92 metr) hündürlükdə yerləşir.
İstinadlar
Ədəbiyyatı
Xarici keçidlər
Kateqoriya:XIX əsrə aid qalalar Kateqoriya:İrlandiya Kateqoriya:Tarixi qalalar