G2 Esports və ya qısaca G2 – Almaniya kiberidman klubu. 2014-cü ildə yaradılmış klub Berlin şəhərində məskunlaşmışdır.

Klubun "League of Legends" komandası Avropanın ən yüksək liqası olan League of Legends EMEA Çempionatında (LEC) çıxış edir və 13 dəfə liqanı qazanmışdır. "G2" 2019-cu ildə Mövsüm Ortası Turnirinin qalibi olaraq bunu bacaran ilk və yeganə Qərb komandası olmuşdur. "League of Legends" komandası ilə yanaşı klubun "Valorant", "Fortnite", "Apex Legends", "Counter-Strike 2", "Fortnite", "Rocket League", "Rainbow Six Siege" komandaları fəaliyyət göstərir.

Tarixi Klub 24 fevral 2014-cü ildə keçmiş oyunçu Karlos "ocelote" Rodriges Santyaqo and investisiyaçı Cens Hilgers tərəfindən "Gamers2" adı ilə qurulmuşdur. 15 oktyabr 2015-ci ildə adı dəydirilərək "G2 Esports" olmuşdur. Rodriges 23 sentyabr 2022-ci ildə klubdan ayrılmışdır.

League of Legends thumb|Komanda 2019-cu ildə Mövsüm Ortası Turnirindəki çempionluğu qeyd edir. thumb|Caps "G2 Esports" forması ilə. Klubun "League of Legends" komandası 2014-cü ildə yaradılsa da, ilk ciddi uğurunu 2016-cı ildə qazanmışdır. Həmin mövsümün yaz splitində finalda "Fnatic" komandasına qalib gələrək ilk dəfə LEC çempionu olmuşdur. Komanda 2016 Mövsüm Ortası Turnirinə qatılmaq haqqı qazansa da, 10 oyunun 8-ni uduzmuş və turnirdən kənarlaşmışdır.

"G2" 2018-ci ildə baş tutmuş dünya çempionatında uğurla çıxış edərək yarımfinala qədər irəliləmiş, sonda "Invictus Gaming" komandasına məğlub olmuşdur. 2019-cu ildə komanda orta koridora "Fnatic" komandasında çıxış edən Caps-ı transfer etmişdir. Komanda həmin mövsümün yaz splitində "Origen" komandasına 3–0 hesabı ilə qalib gələrək növbəti LEC çempionluğunu əldə etmişdir. 2019 Mövsüm Ortası Turnirinin finalında "Team Liquid" komandasına 3–0 hesabı ilə qalib gələrək turnirdə qalib gələn ilk Avropa komandası olmuşdur. 2019-cu ilin yay splitində finalda "Fnatic" komandasını 3–2 hesabı ilə məğlub edərək 6-cı LEC çempionluğunu əldə etmişdir. Dünya çempionatında finala qədər irəliləsə də, "FunPlus Phoenix" komandasına 0–3 uduzmuşdur.

2020-ci ildə "G2 Esports" həm yaz, həm də yay splitində finalda "Fnatic" komandasını məğlub edərək iki dəfə LEC çempionu olmuşdur. Dünya çempionatında isə yarımfinalda mübarizəni dayandırmışdır. 2021-ci ildə komandaya Rekkles qoşulsa da, komanda həmin mövsüm uğursuz çıxış edərək ilk dəfə dünya çempionatına qatıla bilməmişdir. 2022 LEC mövsümünün yaz splitində finalda "Rogue" komandasını 3–0 hesabı məğlub edərək 9-cu LEC çempionluğunu əldə etmişdir. Həmin Mövsüm Ortası Turnirinin yarımfinalında "T1" komandasına uduzmuşdur. 2023-cü ildə komandaya Hans Sama qoşulmuşdur.

1 sentyabr 2022-ci ildə klubun "G2 Hel" adlı qadın "League of Legends" komandası yaradılmışdır.

Heyət

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Kiberidman komandaları Kateqoriya:League of Legends EMEA Çempionatı komandaları Kateqoriya:2014-cü ildə yaradılmış idman klubları