Boryana Dineva Straubel () — ABŞ-a mühacirət etmiş bolqar biznesmen və xeyriyyəçi. O, ətraf mühitin davamlılığı istiqamətində fəaliyyət göstərən bir ailə fondunu idarə etmiş, metalların təkrar emalı yolu ilə ekoloji davamlılığı təşviq edən Generation Collection adlı zərgərlik şirkəti qurmuşdur. Straubel elektrikli avtomobil şirkəti Tesla-da insan resursları üzrə menecer olub. O, 2013-cü ildə Tesla-nın icraçı direktoru Cefri Straubel ilə evlənmişdir. Boryana Starubel 2015-ci ildə bir il müddətinə Vikimedia Fondunun insan resursları üzrə vitse-prezidenti olub. Straubel 2021-ci ilin iyun ayında Nevada ştatında velosipedlər üçün nəzərdə tutulmuş zolaqda velosiped sürərkən bir avtomobil mərkəz xəttini keçərək onu vurmuş və o, hadisə yerində həlak olmuşdur.

Erkən həyat və təhsili Boryana Dineva Bolqarıstanda anadan olub. O, tək ana tərəfindən böyüdülmüşdür. 1989-cu ildə Berlin divarı yıxıldıqdan sonra onun ailəsi Almaniyaya köçüb və orada bir neçə ay qaçqın düşərgəsində yaşayıb. Onlar daha sonra Avstriya və Rusiyada yaşamışdır. Dineva riyaziyyata həvəsli idi. O, utancaq idi və dostları ilə gəzməkdənsə internetdə gəzinməyi üstün tuturdu. Dineva 2005-ci ildə ABŞ-yə köçüb.

Dineva Silikon Vadisindəki San-Mateo Kollecində təhsil alıb və oradan 2008-ci ildə məzun olub. O, Kaliforniya Universitetində oxumuş, burada İqtisadiyyat üzrə bakalavr dərəcəsi almışdır. Straubel 2019 və 2020-ci illərdə Stanford Universitetində İdarəetmə Elmləri və Mühəndislik üzrə Magistr dərəcəsi və MBA dərəcəsi əldə etmişdir.

Karyera Straubel proqram təminatı şirkəti olan Brocade-da hesab meneceri vəzifəsində işləyib. O, 2011-ci ildən 2015-ci ilə qədər Tesla-da insan resursları, əməliyyatlar və məlumat təhlili sahələrində fəaliyyət göstərib. Bu dörd il yarımlıq müddət ərzində işçilərin sayı şirkətin böyüməsi səbəbindən 600-dən 13 000-ə qədər yüksəlib. Straubel şirkətdə insan resursları analitikası, informasiya sistemləri və əməliyyatlar üzrə qruplara rəhbərlik edirdi. O, şirkətdəki insanların analitik potensialının yaradılmasında və böyüməni dəstəkləmək üçün data əsaslı təşkilati strukturun hazırlanmasında mühüm rol oynamışdır.

2015–2016-cı illərdə Straubel Vikimedia Fondunun insan resursları üzrə vitse-prezidenti olub. O, Vikimedia Fondunun istedad və mədəniyyət funksiyasına, o cümlədən istedadların əldə edilməsi, təşkilati təlim və inkişaf, istedadların idarə edilməsi və insanların analitikasına nəzarət edirdi.

Straubel 2016-cı ilin martından 2017-ci ilin iyuluna qədər Tesla-da proqram direktoru olub. O, Tesladan Stenford Universitetində təhsil almaq üçün ayrılmış və universitetdəki təhsilinin 2020-ci ildə bitirmişdir.

Straubel fondu Straubel Fondunun məqsədi ekoloji cəhətdən daha davamlı gələcəyə keçidi sürətləndirməyə kömək etməkdir. Fondun prezidenti 2015-ci ildən Cefri Straubeldir. Boryana Straubel 2021-ci ildə vəfat edənə qədər fondun icraçı direktoru olub. Straubel Fondu liderlik, investisiyaya təsir və təhsilə diqqətə fokuslanıb.

Şəxsi həyatı və ölümü Boryana Divana 3 avqust 2013-cü ildə Cefri Straubel ilə evlənmiş və onlar Kaliforniyanın Vudsayd şəhərində yaşamışdır. 2015-ci ildə onların əkiz uşaqları dünyaya gəlib. Cefri Straubel 2019-cu ilin iyul ayında Tesla-dakı texniki direktor vəzifəsini tərk etmiş və onlar Nevadaya köçmüşdürlər.

Straubel 19 iyun 2021-ci ildə velosiped sürərkən ikiqat sarı xətti keçən avtomobil tərəfindən vurularaq ölmüşdür. Avtomobilin sürücüsü sənədsiz olmuşdur. Sürücü maksimum altı il həbs cəzası nəzərdə tutulan ağır cinayət olan "ölümə və ya ciddi bədən xəsarətinə səbəb olan ehtiyatsız sürücülük" ittihamı üzrə törtədiyi əməli boynuna alıb.

İstinadlar

Kateqoriya:Vikimedia Fondunun əməkdaşları Kateqoriya:Berkli Kaliforniya Universitetinin məzunları