Tekirgöl () — Rumıniyada göl. Göl Qara dənizin sahilində, Konstansa şəhərinin 12 km - də yerləşir. Göl sahilində Eforiye və Tekirgöl kurortları fəaliyyət göstərir. Hər iki kurort palçıq müalicəsi üzrə tanınır.

Gölün ümumi sahəsi — 14,62 km²-dir.

Etimologiyası Gölün adı ilə müxtəlif versiyalar mövcuddur. Ehtimal olunan fikirlərdən biri odur ki, Tekir adlı bir türk gölün palçığının müalicəvi əhəmiyyətini aşkar etmişdir.

Digər versiyaya görə isə göl öz adını: «tekir» — «düz», «göl» — «göl» sözlərindən götürüb.

Hidroqrafiyası Göl liman mənşilidir və dəniz körfəzindən meydana gəlmişdir. Gölü dənizdən eni 100 metr, uzunluğu 3 km olan qum tirəsi ayırır. 2006 стр 2. Vaxt keçdikcə gölün duzluluğu artmış və ən yüksək göstəricisi 95 q/l olmuşdur.

70-ci illərdə ərazidə aparılan geniş suvarma işləri nəticəsində göl suyunun duzluluğu azalmağa başlamışdır (83,6 q/l — 1970, 63,6 q/l — 1980. və 53,50 q/l — 1997.) 2006 стр 7.

Göl suyunun duzluluğu azalması ilə əlaqədər Artemia salina və həm də gölün bütün ekossiteminin pozulması qeydə alınmışdır. Bunun üçün 1980-cı illərdə ərazidə 2 bənd inşa edilmiş, göl 3 hissəyə bölünmüşdür. Gölün şərq hissəsi daha duzlu (duzluluq 6-8 q/l), qərb hissəsi (duzluluq 1-2 q/l) daha az idi. Qərb hissəyə suvarma suları axıdılırdı. Bu sulardan azada olmaq üçün göldən Qara dənizə uzunluğu 9,5 km olan borular çəkilmişdir 2006 стр 10.

Gölün dəniz səviyyəsindən olan hündürlüyü dəyişir və bu göstərici 0 metr−1,65 metr arasındadır. Müəyyən zamanlarda gölün səviyyəsi düşür və dənizdən su gölə axır.

Müalicəvi əhəmiyyəti Güclü minerallaşmaya malik göl suyu müəalicəvi əhəmiyyətə malikdir. Sapropel çöküntüyə malik olan ərazidə ilk dəfə 1891-ci ildə sanatoriya açılmışdır. Müasir dövrdə ərazidə bir neçə sanatoriya fəaliyyət göstərirКурорты. Энциклопедический словарь/Глав. ред. Е. И. Чазов. — М.: Советская энциклопедия, 1983. — 592 с.

İstinadlar Kateqoriya:Avropadakı duzlu göllər