Mirsadıq Xanoğlan oğlu Ağazadə (9 mart 1962, Lənkəran rayonu) — Azərbaycan kino və televiziya rejissoru, ssenarist.

Həyatı Mirsadıq Xanoğlan oğlu Ağazadə 9 mart 1962-ci ildə Lənkəran rayonunda anadan olmuşdur.Nəriman Əbdülrəhmanlı. Azərbaycan kino sənəti tarixi. 4 cilddə. IV cild. Bakı: Qanun, 2020 — səh. 570-571. 1979-cu ildə orta məktəbi Lənkəranda bitirmiş və həmin il Bakı Mədəni-Maarif Texnikumunun rejissorluq ixtisasına qəbul olunmuşdur. Təhsilarası 1981-1983-cü illər ərzində iki il sovet ordusunda hərbi xidmətdə olmuş, bombardmançı təyyarələr üzrə 1-ci dərəcəli aviamexanik kimi xidməti başa vurmuşdur. Daha sonra təhsili davam etdirmiş və 1985-ci ildə texnikumu bitirmişdir.

1985-1991-ci illər ərzində Lənkəran rayon mədəniyyət şöbəsində metodist vəzifəsində işləyib. 1991-1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino və teatr rejissorluğu fakültəsində kinorejissorluq ixtisası üzrə təhsil almışdır.

Müxtəlif illərdə Azərbaycan Televiziyasında (1994-2000), 215 KL-də (1997), TGRT-də (1997-1999), Lider TV-nin sənədli filmlər departamentində (2001-2004) çalışmış, 2005-2010-cu illərdə Space TV-nin Ekspremental layihələr departamentinin rəhbəri olmuşdur. 2006-2015-ci illərdə İctimai TV-də, 2014-2016-cı illərdə ATV-də, 2015-2023-cü illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətini davam etdirmişdir. Ölkənin müxtəlif televiziya və studiyalarında rejissor və ssenarist kimi işləmişdir. Çoxsaylı filmlərin və televiziya proqramlarının rejissoru və müəllifi olmuşdur.

2003-2004-cü illərdə Avropanın Cənubi Qafqaz müstəqil kinemotoqrafçıları üçün keçirilmiş "AVANTİ" layihəsinin Azərbaycan tərəfdən iştirakçısı və qalib mükafatçısı olmuşdur. Beynəlxalq kinofestivallarda iştirakçı və münsif kimi iştirak etmişdir.

Azərbaycan Professional Kinorejissorlar Gildiyası İdarə Heyətinin sədr müavinidir.

Filmoqrafiya Sərvət (film, 1992) — rejissor, ssenari müəllifi Qonaq (film, 1993) — rejissor, ssenari müəllifi Noktürn (film, 1996) — rejissor Muğam (film, 1997) — rejissor Azərbaycan xalçaları (film, 1997) — rejissor Yaddaş (film, 2000) — rejissor Ocaq (film, 2001) — rejissor, ssenari müəllifi Aləmdə qalan səs (film, 2001) — rejissor Bayatı Şiraz. Rekviyem (film, 2002) — rejissor, ssenari müəllifi Körpü (film, 2003) — rejissor, ssenari müəllifi Altıaylıq (film, 2005) — rejissor İşiniz irəli (film, 2005) — rejissor, ssenari müəllifi Gecə qonağı (film, 2005) — rejissor Kiçik Qala (veriliş) — rejissor İlahi səda (film, 2006) — rejissor, ssenari müəllifi Sevirəm səni, Vətən! (film, 2006) — rejissor, ssenari müəllifi Bakı sirləri (2006-2020) — rejissor Təməl (film, 2007) — rejissor İşıq və nur (film, 2009) — rejissor, ssenari müəllifi Hind yuxusu (film, 2010) — rejissor, ssenari müəllifi Ürək yaddaşı (film, 2011) — rejissor Aygün (film, 2012) — rejissor Şirvan şikəstəsi (film, 2012) — rejissor 54 gün mühasirədə (film, 2012) — rejissor Səsimiz səhhətimiz (film, 2012) — rejissor, ssenari müəllifi 37-ci ilin "Koroğlu"su (film, 2013) — rejissor Şərqin nəqşi-cahanı (film, 2013) — rejissor, ssenari müəllifi Aidanın Levantiya ariyası (film, 2014) — rejissor Ocaqov (film, 2014) — rejissor, ssenari müəllifi Nağara (film, 2016) — rejissor, ssenari müəllifi Musiqinin Məcnunu (film, 2017) — rejissor, ssenari müəllifi Eviniz abad (film, 2018) — rejissor, ssenari müəllifi Azərbaycanda gəmiçilik (film, 2018) — rejissor Sizə məktub var (film, 2018) — rejissor Əsrlər-nəsillər (2020-2022) — rejissor Köşk (serial, 2021) — rejissor, ssenari müəllifi Əsrimizin Siyavuşu (film, 2021) — rejissor Ötən günlərə heyifsilənmirəm (film, 2021) — rejissor Azərbaycan İrəvanı (film, 2024) — rejissor

İstinadlar

Xarici keçidlər "Şəxsi əşyalar" verilişinin qonağı Mirsadıq Ağazadədir — Vasif Ayanın müəllif layihəsi, YouTube Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycanlı rejissorlar Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan telerejissorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları