Milana Rəhimova (29 aprel 2004, Bakı, Azərbaycan) — azərbaycanlı peşəkar qadın futbolçu. Latviyanın "Riqa" futbol klubunun və Azərbaycanın qadınlardan ibarət milli yığmasının müdafiəçisi.

İlk illəri 29 aprel 2004-cü ildə anadan oldu. https://www.eurosport.com/football/milana-rehimova_prs610088/person.shtml Peşəkar Karyerası 2018-2019-cu illərdə Bakının "Keşlə" klubunda çıxış edib.

2022-ci ildə "8-li İOEUGİM" klubunda çıxış edib. Qələbə ilə yekunlaşan bir sezon keçirdikdən sonra, 2021/2022 Azərbaycan Yüksək Qızlar Liqası, mövsümünün ən yaxşısı seçilib.

Növbəti ildən etibar isə, legioner həyatı yaşayıb. Belə ki, Şırnak əyalətinin "Nuhspor" klubuna transfer olub. 2023-cü ilin yanvar ayında isə, eyni bölgənin "Şırnak Belediyesi 72" klubuna transfer oldu.

2023-cü ildən 2024-cü ilə qədər "Neftçi" qadın klubunda çıxış etmişdir. Həmin sezon Azərbaycan çempionu olmuşdur.

2024-cü ildə Türkiyənin "Ünye" klubuna transfer oldu.

2025-ci ildə Avropada — Şimali Makedoniyada çıxış etdi. Növbəti sezon Latviya klubu Riqa ilə turnirin çempionu oldu.

Milli karyerası Müdafiəçidir.2019-cu ildə U17 yaş qrupu üzrə Azərbaycan Millisini təmsil edib. . 2024-cü ildən etibarən isə, Azərbaycanın qadınlardan ibarət milli yığmasında çıxış edir.

Uğurları Neftçi FK frameless|16x16px Azərbaycan Yüksək Qızlar Liqası: Çempion (1): (2023/2024)

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın futbolçuları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Azərbaycanın qadınlardan ibarət milli futbol komandası futbolçuları