Can Yaman () — Türkiyə aktyoru.

Həyatı Can Yaman 8 noyabr 1989-cu ildə İstanbulun Suadiyə şəhərində ailəsinin tək övladı olaraq dünyaya gəlib. Atasının adı Güven Yaman, anasının adı Güldam Candır. Can Yamanın 5 yaşı olanda valideynləri ayrılıb. Nənəsi makedon, babası isə Yuqoslaviya əsillidir.

İbtidai və orta məktəbi Bilfen Kollecində bitirdikdən sonra orta təhsilini İtaliya liseyində başa vurub. Orta məktəbin son ilində o, tələbə mübadiləsi proqramı vasitəsilə ABŞ-ın Ohayo ştatında təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Yeditəpə Universitetinin Hüquq fakültəsində təqaüdlə oxuyub və 2012-ci ildə oranı bitirib. Hələ universitetdə oxuyarkən mübadilə proqramı ilə Vaşinqtona getdi və hüquq kursları aldı.

2014-cü ildə məzun olduqdan sonra 1 illik məcburi təcrübə keçmək üçün dünyaca məşhur Awaterhouse Coopers adlı korporativ firmada 6 ay hüquqşünas kimi çalışıb. Can Yaman Cüneyt Sayıldan aktyorluq təhsili aldıqdan sonra aktyorluğa başlayıb.

Lisenziyalı basketbolçu olan yaraşıqlı oyunçu həmçinin Futbol, Gitara, Piano, Nağara, Stolüstü Tennis, Raftinq və Badminton'lada maraqlanır.

O, türk, laz, italyan, ingilis və alman dillərini bilir. O, həm də rəqs təlimi almağa başladı, çünki bunun aktyorluğuna töhfə verəcəyinə inanırdı.

Filmoqrafiya İntərnətİlLayihəRolQeydlər2025El TurcoHasan BalabanBaş rol oyunçusuTeleviziyaİlLayihəRolQeydlər2014–2015Gönül İşleriBedir KocadağYardımçı oyunçu2015–2016İnadına AşkYalın ArasBaş rol oyunçusu2016–2017Hangimiz SevmedikTarık ÇamBaş rol oyunçusu2016–2017DolunayFerit AslanBaş rol oyunçusu2018–2019Erkenci KuşCan DivitBaş rol oyunçusu2020Bay YanlışÖzgür AtasoyBaş rol oyunçusu2021Che Dio Ci AiutiGinoQonaq oyunçu2022–2024Viola Come İl MareFrancesco DemirBaş rol oyunçusu2025 — ''SandokanSandokanBaş rol oyunçusu

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyə aktyorları Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Qızıl Kəpənək mükafatı laureatları Kateqoriya:Türk kişi modelləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Albaniyaəsilli Türkiyə şəxsləri Kateqoriya:Türkiyə kişi film aktyorları