thumb|right|250px|Beykent Universiteti Hüquq fakültəsi Beykent Universiteti (BU) — İstanbulda universitet. 1997-ci il 4282 saylı Qanuna əsasən Adem Çelik-Beykent Təhsil Vəqfi tərəfindən qurulan iniversitet, Türkiyədə İctimai Hüquq statusu alan ilk vəqf universitetlərindən biridir.

Universitetdə tədris ingilis, rus və türk dillərindədir.

Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu 1999–2004-cü illərdə Beykent Universitetində professor, Beynəlxalq Əlaqələr Departamentinin müdiri, Universitet Senatının üzvü və İdarə Heyətinin üzvü vəzifələrində çalışıb.

Türkiyənin keçmiş Milli Təhsil Naziri Ömər Dinçer 1999–2003-cü illərdə Beykent Universitetində professor, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, Sosial Elmlər İnstitutunun direktoru və prorektor vəzifələrində çalışıb.

İstanbul Beykent Universitetinin Kişi Voleybol Komandası Türkiyə Universitet İdmanları Federasiyası tərəfindən 18–29 mart 2013-cü il tarixlərində təşkil edilən Birinci Liqa Voleybol Turnirində çempion olmuşdur.

Əlaqələri Universitet Qafqaz Universitetlər Birliyinin üzvüdür.

Beykent Universitetinin Sokrat və Erasmus proqramları çərçivəsində Avropa universitetləri ilə müqavilələri var ki, bu proqramlar universitet tələbələrinin Avropa universitetində təhsillərini davam etdirməsinə, əcnəbi tələbələrin isə Türkiyədə təhsil almasına şərait yaradır.

Tarixi Beykent Universiteti, 09.07.1997-ci il 4282 tarixli Qanuna əsasən Adem Çelik — Beykent Təhsil Vəqfi tərəfindən təsis edilmiş, Publik hüquqi şəxs statusuna malik vəqf universitetidir.

Adam Çelik vəqfi "İcmaiyyətə xidmət" təhsil təşəbbüsünü irəli sürmüş və uşaq bağçasından ibtidai və orta məktəbə, sonra isə Beykent Universitetə qədər qüsursuz təhsil zənciri yaratdı.

1997–1998-ci tədris ilində Böyükçekmece kampusunda təhsil fəaliyyətinə başlayan universitet, indi İstanbulun mərkəzi bölgələrində yerləşən 4 yaxşı təchiz olunmuş kampusda fəaliyyətini davam edir.

Akademik strukturu Elm və Ədəbiyyat fakültəsi İngilis dili və ədəbiyyatı Tarix Psixologiya Sosiologiya Tərcümə (İngilis dili) Tərcümə (Rus dili) Türk dili və ədəbiyyatı

İqtisadiyyat və İnzibati Elmlər fakültəsi Bank işi və Maliyyə Biznesin idarə edilməsi İqtisadiyyat Beynəlxalq əlaqələr Beynəlxalq Logistika və Nəqliyyat Beynəlxalq ticarət İdarəetmə İnformasiya Sistemləri Turizm menecmenti Siyasi Elm və Dövlət İdarəçiliyi

Mühəndislik və Memarlıq fakültəsi Memarlıq Kimya mühəndisliyi Mülki mühəndislik Kompüter mühəndisi Elektronika və Rabitə Mühəndisliyi Enerji Sistemi mühəndisliyi Sənaye Mühəndisliyi Daxili Memarlıq İdarəetmə Mühəndisliyi Mexanika Mühəndisliyi Proqram Mühəndisliyi

Hüquq fakültəsi Hüquq

İncəsənət fakültəsi Aktyorluq İncəsənət İdarəetmə və İfa sənəti Kino və Televiziya Kommunikasiya və Dizayn Qrafik dizayn Tekstil və Dizayn

Ünsiyyət fakültəsi Yeni media İctimaiyyətlə Əlaqələr və Reklam Televiziya Reportajları və Proqramları Vizual ünsiyyət

Tibb fakültəsi Tibb

Stomatologiya fakültəsi Tətbiqi Elmlər Məktəbi

Tətbiqi Elmlər Məktəbi Kapital bazarlarının idarə edilməsi Qastronomiya və kulinariya sənəti Sənaye dizaynı

Xarici Dillər Məktəbi Xarici dillərə hazırlıq şöbəsi

Səhiyyə Xidmətləri Məktəbi Uşaq İnkişafı Sosial xidmətlər Audiologiya Tibb bacısı

Önlisans (Bakalavr) dərəcəsi Anesteziya Tətbiqi İngilis dili və Tərcümə Tətbiqi Rus dili və Tərcümə Memarlıq Audiometriya Bank işi və Sığorta Biznesin İdarə edilməsi Uşaq İnkişafı Kompüter proqramlaşdırması Tikinti Texnologiyası Diş protezi texnologiyası Dializ Elektronevrofiziologiya Moda dizaynı İlk yardım və Təcili yardım Xarici ticarət Qrafik dizayn Səhiyyə Müəssisələri İdarəsi İnsan Resurslarının idarə edilməsi Logistika Avtomobillər Tibbi sənədləşdirmə üsulları Tibbi laboratoriya üsulları Tibbi reklam və Marketinq Optika Ağız və diş sağlamlığı İlk yardım və Təcili yardım Patologiyanın laboratoriya üsulları Fizioterapiya Çap və Yayım texnologiyaları İctimaiyyətlə Əlaqələr və Təbliğat Radio və Televiziya proqramları Radioterapiya Cərrahi xidmətlər Tekstil texnologiyası Turizm və Səyahət xidmətləri İşçinin Sağlamlığı və Təhlükəsizliyi

Doktorantura Sosial Elmlər İnstitutu

Biznesin idarə edilməsi İncəsənət Beynəlxalq Münasibətlər

Kampusları Ayazağa — Maslak Kampusu - Sarıyer Bəylikdüzü Kampusu - Böyükçəkməcə Hadımköy Kampusu - Əsənyurd Taksim Kampusu - Taksim, Bəyoğlu

İstinadlar

Kateqoriya:Türkiyə universitetləri Kateqoriya:Universitetlər