İlah () — "tanrı" mənasını verən ərəbcə termin. Ərəb dilində ilah ibadət edilən hər kəsə və ya hər hansı bir şeyə aiddir. Qadın forması olan ilahə "tanrıça" deməkdir.

Etimoligiyası Yenə "tanrı" mənasını verən "Allah" sözünün təklif olunan "əl-lah" şəklində bu sözdən törədiyi güman edilir, lakin bu, mübahisəlidir. "İlah" sözü şimal-qərbi sami dillərində "el" və akkadca "ilum" sözləri ilə eyniköklüdür. Sami dillərindən olan ivritcədə də tanrı üçün "eloah" və "elohim" sözlərindən istifadə olunur.Georgii Wilhelmi Freytagii, Lexicon Arabico-Latinum. Librairie du Liban, Beirut, 1975.J. Milton Cowan, The Hans Wehr Dictionary of Modern Written Arabic. 4th edn. Spoken Language Services, Ithaca (NY), 1979.

Bu termin "Quran"da Allahın varlığını və ya qeyri-müsəlmanların başqa tanrılara olan inanclarını müzakirə edən hissələrdə istifadə olunur. Müsəlmanların imanla bağlı etirafları olan kəlmeyi-şəhadətin ilk ifadəsi "Allahdan başqa ilah yoxdur"dur.

İstinadlar

Kateqoriya:İslam terminləri Kateqoriya:Allah Kateqoriya:Ərəb mifologiyası Kateqoriya:Qədim sami dinləri Kateqoriya:Ərəb dilində sözlər və ifadələr Kateqoriya:Ərəb ilahları Kateqoriya:Ərəb mifologiyasının tanrıları