200px|thumb|right|Rəssam Əzim Əzimzadə tərəfindən Zülfüqar və Üzeyir Hacıbəyovların "Aşıq Qərib" operasının Pəri surətinə çəkilmiş eskiz. 200px|thumb|right|Nizami Gəncəvinin "Yeddi gözəl" poemasına çəkilmiş "Mahan tilsimli bağda" adlı miniatürdə Qara divin təsviri, 1648-ci il, Rusiya Milli Kitabxanası, Sankt-Peterburq Azərbaycan mifologiyası () — azərbaycanlıların mifoloji düşüncələr sistemi, türk xalqlarının mifologiyasının tərkib hissəsi. Azərbaycan mifoloji süjetləri və personajlarının formalaşmasında Mesopotamiya, İran və türk mifologiyalarının təsiri olmuşdur. Müxtəlif Azərbaycan mifləri öz mənşəyini "Ərgənəqon", "Oğuz", "Kitabi-Dədə Qorqud" dastanlarından və "Oğuznamə"dən götürür. Eyni zamanda, Azərbaycan mifologiyası ilə bağlı bəzi süjet və personajlarda Avesta və Gilqameş dastanı kimi Qədim Şərq ədəbi abidələrinin təsiri də müşahidə edilir.

Azərbaycan mifləri yerli ritualizm, kult inancları, totemizm və şamanizmin təsirinə məruz qalmışdır. İslam dininin qəbul edilməsindən sonra (VIII–IX əsrlər), Azərbaycan xalq nağılları və miflərinə bu dinin mifologiyası ilə əlaqədar süjet və personajlar daxil olmuş, müxtəlif İslam ideyaları hekayə strukturuna əlavə edilmişdir. Azərbaycan şər varlıqları arasında cinlər İslam ənənəsinin, divlər və pərilər zərdüştlüyün, hal anası və ərdov isə şamanist ideyanın məhsuludur.

Azərbaycan mifologiyasında ilk insanın mənşəyi, digər insanların ondan yaranması, Yer üzündə böyük daşqından sonra həyatın canlanması, beş müqəddəsə (od, metal, daş, torpaq və su) ehtiram göstərilməsi, ağacların da ehtiram göstərilən obyektlər arasında olması ilə bağlı mifik mətnlər vardır. İlk insanların nəhənglər olduğu, ömürlərinin uzun olduğu ilə bağlı mif vardır. Türk xalqlarının əcdadı sayılan Türk Azərbaycan miflərinə görə Nuh peyğəmbərin nəslindən gəlir, qurd vasitəsilə qurtuluş yolunu tapır. Dünyanın sonu ilə bağlı mifə görə, axırda yalnızca Ulu Ananı simvolizə edən qoca qarı və qurd həyatda qalacaqdır. Aləmin yatdığı vaxt inancına görə, hər Novruz bayramında aləm ölür və yenidən dirilir.

Azərbaycan mifologiyasında nəhənglər, divlər, əjdahalar kimi mifik və yarımmifik varlıqlar mövcuddur. İslam dinindən Azərbaycan miflərinə hər şeyə gücü çatan və mərhəmətli Allah, insan həyatının müxtəlif istiqamətlərində qoruyucu rolu oynayan mələklər və s. əlavə edilmişdir. Mif, nağıl və dastanlarda bəzi qəhrəmanlar başqa obraza çevrilir, dönürlər. Bu xüsusiyyət onlar funksional xarakteristikasında əsas rolu oynadığı üçün onlar "dönərgə" adlandırılır. Əyələr və ya iyələr isə müəyyən təbii obyektləri qoruyan və ya onların təcəssümü olan mifoloji, yaxud hami varlıqlardır.

Azərbaycan şairi İzzəddin Həsənoğlu "Kitabi-Sirətin-Nəbi" məsnəvisində yaradılışla bağlı düşüncəsini bəyan etmişdir. Bu fikirlər Göytürk abidələri ideyaları ilə uyğun gəlir. Əbdürrəhim bəy Haqverdiyev "Pəri cadu", "Qırmızı qarı", "Dağılan tifaq" kimi əsərlərində mifoloji ünsürləri ustaca istifadə etmişdir. Müasir Azərbaycan ədəbiyyatında Yusif Səmədoğlunun "Cinayət günü" romanı, İsa Muğannanın "Məhşər" romanı, Mövlud Süleymanlının "Köç", "Şeytan", "Yel Əhmədin Bəyliyi" adlı əsərləri mifoloji ünsürlər daşıyır.

Tarixi

Mifologiyanın qaynaqları

400px|thumb|left|Şər varlıqlar və ölülər ritual dansı edir. Məhəmməd Siyah Qələm əsəri

Azərbaycanlıların daha çox şiə olmalarına baxmayaraq, zərdüştlük və İslamdan əvvəlki digər ənənələrin qalıqları onların rituallarında qorunub saxlanmışdır. Novruz bayramının özü, yeni ildə sağlamlıq və uğur üçün od qalanması zərdüştlüklə əlaqəli qədim adətlərdir. Azərbaycan türk ədəbi mühitinin istifadə etdiyi mövzulara zərdüştçülük ideyaları, qədim türk, ərəb və fars əfsanələri, hətta qədim Mesopotamiya miflərinin də daxil olduğu sosial və tarixi mühit təsir etmişdir.

Şahnamə də tarixən Azərbaycan ədəbiyyatında və xalq mədəniyyətində vacib, təsirə malik əsər olmuşdur.Moosavi, A. (2024). "Chapter 15 War Literature and War in Literature: Teaching War in the Persian Literature Classroom". In The Art of Teaching Persian Literature. Leiden, The Netherlands: Brill. XVII əsrə aid, azərbaycandilli "Qəhrəmannamə" dastanı Şahnamədəki hadisələrdən və hökmdarlardan bəhs edir.

Azərbaycan mifoloji süjetləri və personajlarının formalaşmasında Mesopotamiya, İran və türk mifologiyalarının təsiri olmuşdur. Müxtəlif Azərbaycan mifləri öz mənşəyini "Ərgənəqon", "Oğuz", "Kitabi-Dədə Qorqud" dastanlarından və "Oğuznamə"dən götürür. Eyni zamanda, Azərbaycan mifologiyası ilə bağlı bəzi süjet və personajlarda Avesta və Gilqameş dastanı kimi Qədim Şərq ədəbi abidələrinin təsiri də müşahidə edilir.

Azərbaycanlıların daxil olduğu Qafqaz aşıqları yeni musiqilər bəstələməklə birlikdə qədim şeirləri də oxuyurdular. Georgi Qurciyevə görə, XIX əsrin sonunda bəzi aşıqlar Gilqameş dastanının bütöv hissələrini əzbərdən oxuya bilirdilər. Bu, 4500 illik şifahi ənənə ilə əlaqədən xəbər verir. Çünki orijinal Akkad mətnləri XX əsrin əvvəlinə kimi deşifrə edilməmişdi. Digər bir Mesopotamiya təsiri isə özünü Azərbaycan sufi ədəbiyyatında, gözlərin ilahiləşdirilməsi və şəxsiyyətləşdirilməsində göstəririr. Göz təsvirinin bu xüsusiyyəti, yəqin ki, göz ilahələrini əks etdirən qədim mif və əfsanələrdən irəli gəlirdi. Azərbaycan şairi Məhəmməd Füzulinin vətəni olan Mesopotamiya qədim zamanlarda göz məbədləri ilə və göz ilahələrinin heykəlləri ilə dolu idi.

Müxtəlif Azərbaycan mifləri öz mənşəyini "Oğuznamə"dən və "Kitabi-Dədə Qorqud" dastanından götürür. XIII–XIV əsr tarixçisi Fəzlullah Rəşidəddin "Cəmi ət-Təvarix"i yazarkən, türklərin tarixini yazmaq üçün həm Azərbaycan yerli mühitində mövcud olan mənbələri, həm də Şərqdən mühacirlərin gətirdikləri şəcərə əfsanələrini istifadə etmişdir. Oğuz şifahi geneoloji ənənələri ya Anadolu, ya da Azərbaycanda yazıya alınmışdır. Oğuz xanla bağlı "Tarix-i Oğuz" (Oğuznamə) əsəri Nizami Gəncəvinin "İsgəndərnamə"si və Suruçlu Yaqubun "İsgəndər haqqında roman" əsəri ilə bənzər süjet xətlərinə malikdir. Bu ədəbi əlaqələr Əhməd Zəki Vəlidi Toğanın "Tarix-i Oğuz"un Azərbaycanda yaradılması ilə bağlı fikrini dəstəkləyir. XV əsr Azərbaycanında türkmənlər oğuz əfsanəsini sülalə quruluşu mifi səviyyəsinə çıxarmışdılar. Məsələn, Qara Yusifin Cengiz Alpın, Ağqoyunluların isə Oğuz xanın törəməsi Bayandur xanın nəslindən gəlməsi ilə bağlı soy iddiaları var idi. XV əsrdə Azərbaycan mühitində Oğuz şəcərə əfsanələrinin yayılmasının daha bir sübutu oğuz bayat tayfasından olan Həsən ibn Mahmudun həccə gedərkən yanında Oğuznamə əlyazması aparması və bu əsər əsasında "Cam-i Cəm-ayin"i yazmasıdır. "Cam-i Cəm-ayin" əsərində Azərbaycan və Kürdüstanın yerli hekayələri də istifadə edilmişdir. Bunun sübutu "Şərəfnamə" (Şərəf xan Bitlisinin əsəri) və "Kitabi-Dədə Qorqud"da olan oxşar hekayələrdir.

Oğuz rəvayətlərinin geniş yayılmasının daha bariz sübutu isə bəzi hekayələri "Oğuznamə" adlandırılan "Kitabi-Dədə Qorqud" dastanının məhz Azərbaycanda yazılı şəkildə qeydə alınmasıdır. Bu dastan özündə həm erkən türk, həm də Qafqazın arxaik görüşlərini birləşdirir. Dastanın mövzusu mənbəyini həm daha qədimdə Mərkəzi Asiyada oğuzların qıpçaq və peçeneqlərlə mübarizəsindən, həm də Ağqoyunlu tayfa ittifaqının xristianlarla mübarizəsindən götürür. Dədə Qorqudun Dərbəndəki qəbri ilə bağlı məlumat Adam Oleari, Övliya Çələbi kimi səyyahlar tərəfindən, həm də "Dərbəndnamə" əsərində verilmişdir. Övliya Çələbi bu qəbrə şirvanlıların çox hörmət göstərdiyini qeyd edirdi. Azərbaycan nağıllarının fantastik motivlərinin kökü "Kitabi-Dədə Qorqud"la əlaqələndirilir.

Formalaşması və xarakteristikası

Azərbaycan mifləri ritualizm, kult inancları, totemizm və şamanizmin təsirinə məruz qalmışdır. Azərbaycan və Ermənistan mifologiyaları Cənubi Qafqaz mifoloji mühitini əmələ gətirir, Gürcüstan bu mühitə yox, Kartveliya mifoloji mühitinə aiddir.Chirikba, Viacheslav. (2019). Between Christianity and Islam: Heathen Heritage in the Caucasus . page 183.

İslam dininin qəbul edilməsinə görə, Azərbaycan xalq nağılları və mifləri dini məna əldə etmişdir, müxtəlif İslam ideyaları və qəhrəmanları hekayə strukturuna əlavə edilmişdir. Azərbaycan şər varlıqları arasında cinlər İslam ənənəsinin, divlər və pərilər zərdüştlüyün, hal anası və ərdov isə şamanist ideyanın məhsuludur. XIII əsr şairi İzzəddin Həsənoğlunun Azərbaycan dilindəki "Kitabi-Sirətin-Nəbi" məsnəvisində kainat anlayışı və mifik ideyaların verilməsi isə Göy Tanrı inancının İslam dininə daxil olaraq davam etdiyini göstərir. 200px|thumb|left|Keçəl tonqalın ətrafında. Novruz bayramı XIII əsr monqol işğalı və ondan sonrakı dövrlərdə Elxanilərin həm İran Azərbaycanı, həm müasir Azərbaycanın üzərində hakimiyyət qurması burada yayılmış şamançılıq adətlərinin güclənməsinə gətirib çıxarmışdır. Şamanizm adətləri İslamın təsiri ilə dəyişikliklərə məruz qalmış, zərərsiz və vacib olmayan yerlərdə özünü qorumuşdur. Qədim adət-ənənə qaydaları Azərbaycan mədəni mühitində uşaq folklor və oyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında yaşamağa davam etmişdir. Məsələn, azərbaycanlıların cümə axşamı ölülərin ruhuna hörmətən yediyi aşın qədim şamanizm qalıntısı olduğuna şübhə yoxdur.

Azərbaycanlıların mif və əfsanələri xeyir və şərin daşıyıcı olan müxtəlif mifik və yarı-mifik varlıqlara, xeyir və şərin daşıyıcılarına inancın əsasında qurulub. Azərbaycan mifoloji sistemində yer və göy, dəniz və dağ, su və ad, insan və bədheybət, ağac və çiçək kimi mifik vəhdətlər mövcuddur. Bu vəhdətlərlə bağlı miflər sosial inkişafın müxtəlif dövrlərində yaradılmışdır. Bu miflər insanların inkişafının erkən dövrünü xarakterizə edir. Miflərin böyük bir hissəsi, müstəqil mif subyektləri kimi əsrlər boyunca, şifahi olaraq, nəsildən-nəsilə keçmiş və günümüzə çatmışdır.

Azərbaycan mifologiyası xarici təsirlərə baxmayaraq, öz milli xüsusiyyətini saxlamışdır. Azərbaycan mifologiyası fars folkloru ilə sıx bağlı olub və onlar bir-birlərinə qarşılıqlı təsir göstərib. Buna baxmayaraq, Azərbaycan mifologiyası öz orijinallığını qoruyub. Fars mifologiyası da Azərbaycan mifologiyasından bir sıra mifoloji süjetləri götürmüşdür. Qumuq mifologiyası həm tipoloji, həm də genetik əlaqə inkişafında Azərbaycan mifologiyası ilə daxili əlaqəli olmuşdur.Халипаева И. А. Кумыкская мифология и ее турецко-азербайджанские параллели // Языки, духовная культура и история тюрков. Традиции и современность. — 1997. — Т. II. — С. 129.

Azərbaycan xalq mədəniyyətindəki əjdaha, div və pəri motivlərinə mifoloji rəvayətlərdə rast gəlinmir, mifoloji rəvayətlərdəki Qaraçuxa, Hal anası və digər qəhrəmanlar isə dastan və hekayələrdə istifadə edilmir. Çünki mifoloji inanclar insanlar tərəfindən həqiqi qəbul edildilyi üçün, bu inanclar əsasında qurulmuş mifoloji rəvayətlərin qəhrəmanları hekayə və digər xalq mədəniyyəti mətnlərinə daxil edilmir. Məsələn, Qaraçuxanın etnoqrafik mənasını itirmədiyi və bu adla bağlı inanclar unudulmadığı halda onun dastan və hekayələrə daxil edilməsi mümkün deyil.

Tədqiqi və toplanması 180px|thumb|left|Yusif Vəzir Çəmənzəminli XX əsrin əvvəllərində Azərbaycan folklorunun toplanması və miflərinin bərpasında mühüm rol oynamışdır. Hələ XIX əsrdə Azərbaycan folklorunun müxtəlif janrları ilə yanaşı, bəzi Azərbaycan mifləri də yerli əhalidən dinlənilərək yazılmış, rus mətbuatında dərc edilmişdir. Məsələn, "Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu"nun (SMOMPK) 9-cu sayında Böyük Vedi kənd məktəbinin müəllimi Haşım bəy Vəzirovun topladığı materiallar "Tatar inancları haqqında bir sıra məlumatlar" adı ilə çap edilmişdir. Burada cinlər, divlər, şeytan, təbiət hadisələri, od və su, heyvanlar, quşlar və həşəratlar, Hal anası şər ruhu, ruhlar arasında münasibətlər, ölülər və s. haqqında inanclar verilirdi. SMOMPK-nin 17-ci sayında Bakı II rus-tatar məktəbinin müəllimi M. Əfəndiyevin yığdığı materiallar "Şamaxı qəzası tatarlarının inanclarından" başlığı ilə çap edilmişdir. Burada səma, Günəş, Ay, ulduzların düşməsi, cənnət ağacı, göy qurşağı, Günəş və Ayın tutulması, ildırım və yağış, şeytan, cadu, fal, bəd nəzər, bədheybət, su və s. haqqında inanclar verilmişdir.