Sakit Okean Adaları Qəyyum Ərazisi (SOAQƏ) ( (TTPI)) — 1947—1994-cü illərdə ABŞ tərəfindən idarə edilən Mikroneziyada yerləşən BMT-nin qəyyum ərazisi. Yaponiya imperiyasının Cənubi Sakit okean mandatı Sakit okean müharibəsində ABŞ tərəfindən tutulmuşdu, çünki Yaponiya Millətlər Cəmiyyətinin I Dünya müharibəsindən sonra Yaponiyaya ərazi üzərində səlahiyyət verməsindən bəri bu ərazini idarə edirdi. Lakin Yaponiya 1930-cu illərdə Millətlər Cəmiyyətindən ayrıldı və ardınca əlavə ərazilər işğal etdi. II Dünya müharibəsində adaların hərbi nəzarəti mübahisəli məsələ idi, lakin müharibənin sonunda adaların Müttəfiqlərin nəzarəti altında idi. Sakit Okean Qəyyum Ərazisi BMT-nin himayədarlığında idi, adalar isə ABŞ-nin bir hissəsi kimi idarə etmək məqsədi ilə yaradıldı. Ərazidəki ada qruplarının çoxu ABŞ ilə əlaqələri davam etdirərək müstəqil dövlətlərə çevrildi. Belə ki, Mikroneziya Federativ Ştatları, Marşall adaları və Palau hazırda ABŞ ilə Azad birlik sazişi (COFA) daxilində müstəqil dövlətdir. Lakin Şimali Marian adaları isə qeyri-korporativ ərazi və birlik kimi ABŞ-nin yurisdiksiyasında qalır.Encyclopædia Britannica: Trust Territory of the Pacific Islands
İstinadlar Kateqoriya:ABŞ-nin müqavilələri Kateqoriya:Palaunun müqavilələri Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:İkinci Dünya müharibəsindən sonra