Akop Dərziyan (; ), Osmanlı ermənilərindən olan əczaçı və yazıçıdır.

Həyatı

Dərziyan Adana vilayətinin Haçin (indiki Saimbəyli) qəsəbəsində anadan olmuşdur. Adanada Hisüsyan məktəbində təhsil almış, 1897-ci ildə isə İstanbula getmiş, 1900-cü ildə isə Mekteb-i Tıbbiye-i Şahanənin əczaçılıq şöbəsini bitirmişdir. Sonra Haçinə qayıtmış, aptek açmış və İstanbul qəzetləri üçün işləmişdir.

Adana soyqırımı zamanı onun yeni doğulmuş oğlu öldürülmüş, apteki isə yandırılmışdır. Bu hadisədən sonra Dərziyan İstanbula köçmüş və orada Adana adlı aptek açmışdır.

O, 1915-ci il aprel ayının 24-də 2345 erməni ziyalısı ilə birlikdə həbs edilərək Ankara vilayətindəki Çankırıya aparılır. O, Yozqat yolunda quldur dəstələrinin üzvləri tərəfindən öldürülür.

İstinadlar

Kateqoriya:Erməni soyqırımının qurbanları Kateqoriya:Ermənistan jurnalistləri Kateqoriya:Osmanlı yazıçıları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Ermənistan publisistləri Kateqoriya:Ermənistan yazıçıları Kateqoriya:XIX əsr yazıçıları Kateqoriya:Ermənistan memuarçıları