Birinci Şahsevən — Azərbaycan Respublikasının Beyləqan rayonunun Birinci Şahsevən kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Araz çayından 3 km. aralı, Mil düzündədir. Daşburun stansiyası buradadır.
Birinci komponent eyni-adlı yaşayış məntəqələrini fərqləndirir. İkinci komponent isə etnotoponim olub, Şahsevən tayfalar birliyinin adını əks etdirirAzərbaycan toponimlərinin ensiklopedik lüğəti. iki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.141 .
Mədəniyyəti 2014-cü ildə iyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılmışdır.
İqtisadiyyat Birinci Şahsevən kəndində şəkər sexi və yeni “Aqrolizinq” təşkilatı vardır.
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı
Kateqoriya:Beyləqan rayonunun kəndləri