Grand Theft Auto Online və ya qısaca GTA Online — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən yayımlanmış onlayn çoxoyunçulu (çoxnəfərli; multipleyer) döyüş-macəra oyunu. PlayStation 3 və Xbox 360 üçün 1 oktyabr 2013-cü ildə, PlayStation 4 və Xbox One üçün 18 noyabr 2014-cü ildə, Windows üçün 14 aprel 2015-ci ildə, PlayStation 5 və Xbox Series X/S üçün isə 15 mart 2022-ci ildə yayımlanıb. Oyun Grand Theft Auto V-in onlayn komponentidir. Xəyali San-Andreas əyalətində (Cənubi Kaliforniya əsasında) gerçəkləşən Grand Theft Auto Online 30-a qədər oyunçunun iştirak edə bildiyi bir oyundur. Bu istifadəçilərə açıq dünya mühitini araşdırmaq və kooperativ və ya rəqabətli oyun qarşılaşmalarında iştirak etmək imkanı verir.
Açıq dünya dizaynı oyunçulara açıq kənd ərazisi və uydurma Los Santos şəhəri (Los-Anceles əsasında) daxil olan San Andreasda sərbəst gəzməyə imkan verir. Oyunçular getdikcə çətinləşən missiyaları başa vurduqca yavaş-yavaş bir imperiya quraraq güclü cinayətkar olmaq üçün səyahətlərində fərdiləşdirilə bilən səssiz qəhrəmana nəzarət edirlər. Tək oyunçu kampaniyasından həm aylar əvvəl, həm də illər sonra baş tutan "Grand Theft Auto Online" bir çox oyunçunun hekayəni inkişaf etdirmək üçün missiyaları tamamladığı kooperativ (birgə) missiyalardan ibarətdir. Oyunda həmçinin daha təkmil "Soyğunlar" da daxil olmaqla çoxsaylı yan tapşırıqlar, fəaliyyətlər və oyunçuların satın ala və gəlir əldə edə biləcəyi müxtəlif bizneslər var.
Tək oyunçu rejimi ilə birlikdə hazırlanmış "GTA Online" daim inkişaf edən bir dünyada oynamaq üçün ayrıca bir təcrübə kimi hazırlanmışdır. Oyunda istifadəyə verildiyi ilk vaxtlarda missiyaların tamamlana bilməməsi və obraz məlumatlarının itirilməsi ilə nəticələnən geniş yayılmış texniki problemlər oldu. Əvvəllərdə, məxsusən əhatə və açıq geympleyinə dair təriflər ilə istiqamət azlığı və təkrarlanan missiyalar səbəbilə olan tənqidlərlə əlaqədar tənqidçiləri iki qrupa böldü. Müxtəlif oyun nəşrlərindən "Ən Böyük Məyusluq"dan "Ən Yaxşı Multipleyer"ə qədər tam fərqli il sonu mükafatları qazandı. Oyunda tez-tez oyun rejimlərini (modifikasiyalarını) və məzmununu daha da genişləndirən pulsuz yeniləmələr olur. Bu səbəbdən də tənqidçilər tərəfindən müsbət rəylərlə qiymətləndirilir. Məxsusən 2015-ci ildəki "Soyğunlar" yeniləməsi tənqidçilər tərəfindən müsbət qarşılandı.
Qeydlər
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2013-cü ilin videooyunları Kateqoriya:Üçüncü şəxs atıcılar Kateqoriya:Birinci-şəxs atıcılar Kateqoriya:Birinci-şəxs atıcılar Kateqoriya:Açıq dünya oyunları Kateqoriya:Döyüş-macəra videooyunları Kateqoriya:Döyüş-macəra videooyunları Kateqoriya:Çoxnəfərli onlayn oyunlar Kateqoriya:Mütəşəkkil cinayətkarlıq haqqında videooyunlar Kateqoriya:Grand Theft Auto Kateqoriya:Hadisələrin ABŞ-də cərəyan etdiyi videooyunlar Kateqoriya:Xbox 360 videooyunları Kateqoriya:Xbox One videooyunları Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:PlayStation 3 videooyunları Kateqoriya:PlayStation 5 videooyunları Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:Videooyun sikvelləri Kateqoriya:Protaqonistlərin genderlərini seçmək imkanı yaradan videooyunlar Kateqoriya:Take-Two Interactive oyunları Kateqoriya:Windows videooyunları Kateqoriya:Səssiz protaqonisti olan videooyunlar Kateqoriya:Xbox Series X və Series S videooyunları Kateqoriya:Videooyun prikvelləri