Əbdürrəhman Mələk () — Hatayın Türkiyəyə qoşulmasında mühüm rol oynamış türk siyasətçidir. O, həkimlik peşəsini bir kənara qoyub, özünü Hatayın qurtuluş mübarizəsinə həsr edib.
Həyatı Əbdürrəhman Mələk 1896-cı ildə Antakyada anadan olub. İbtidai və orta məktəbi Antakyada, Sultani (liseyi) Hələbdə bitirmişdir. Tibb təhsilinə Dəməşq Tibb Məktəbində başlayıb. Birinci Dünya müharibəsinin başlaması ilə İstanbul Tibb Fakültəsinə keçdi və 1919-cu ildə oranı bitirdi.
Əbdürrəhman Mələk hələ tələbə ikən Antakyada Türk Ocağı qurub. O, Hatayın Türkiyəyə qatılması üçün mübarizə aparan Hatay Erkinlik Cəmiyyəti İstanbul Şöbəsinin prezidenti olub. Cenevrədə fransızlarla Hatay danışıqlarında iştirak edən Türkiyə Nümayəndə heyətində iştirak edib.
19 may 1937-ci ildə Millətlər Cəmiyyətinin Hatay üçün qəbul etdiyi konstitusiyadan sonra qurulan Hatay Dövlətinin ilk baş naziri oldu. O, 1939-cu ilə qədər bu vəzifədə çalışıb. Baş nazir olduğu müddətdə Hatayın Türkiyəyə qatılması üçün intensiv iş apardı. 1939-cu il iyunun 29-da Hatay Məclisi Türkiyənin tərkibinə qatılmağa qərar verdi. 7 iyul 1939-cu ildə Hatay Türkiyə Cümhuriyyətinə qatıldı.Melek, Abdurrahman. Hatay Nasıl Kurtuldu. s. 9–10.Göksel, Ali. Hatay'da Türk Milli Mücadelesi. s. 150–151.Özcan, Hakan. Hatay'ın Kurtuluşu. s. 200–201.
Ölümü Hatay Türkiyəyə qatıldıqdan sonra Mələk Türkiyə Böyük Millət Məclisində millət vəkili vəzifəsində çalışıb. 1960-cı ildə Demokrat Partiyasından istefa verərək Yeni Türkiyə Partiyasını qurub. 1978-ci il yanvarın 13-də Ankarada vəfat edib.
İstinadlar
Kateqoriya:TBMM VI çağırış deputatları Kateqoriya:TBMM VII çağırış deputatları Kateqoriya:TBMM VIII çağırış deputatları Kateqoriya:TBMM IX çağırış deputatları Kateqoriya:XX əsr Türkiyə yazıçıları