Kərbəlayi Həmid Abdulla hamamı — Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən tarix-memarlıq abidəsi, hamam. 1806-cı ildə xeyriyyəçi Kərbəlayi Həmid Abdulla tərəfindən tikdirilib.

Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Haqqında Hamam 1806-cı ildə Kərbəlayı Həmid Abdulla tərəfindən Astara rayonunun Ərçivan qəsəbəsində tikilib. Hamamın üstündə səkkiz günbəz var. Yumurta sarısı və adi odun külünün qarışığı ilə tikilib. Hamamın suyu cəmi bir tiyanla qızdırılıb.

Sovet işğalından sonra hamam kolxozun tabeliyinə verilib. Hamamı sonuncu dəfə 1980-ci ildə təmir edilib və həmin ilin sonuna kimi yerli əhalinin istifadəsində olub.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə isə hamam yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Hamam illərdir istifadəsiz qaldığı üçün günbəzlərindən bir neçəsi dağılıb, binası yararsız hala düşüb. Əsaslı bərpaya ehtiyacı var.

İstinadlar

Xarici keçidlər

Astara rayonunda 216 yaşlı hamam / APA TV Tarixi hamam baxımsız vəziyyətə düşüb / ATV News Ərçivanın tarixi şeypurlu hamamı

Kateqoriya:Astara rayonunun abidələri Kateqoriya:Ərçivan Kateqoriya:Azərbaycan hamamları