Vera Vasilyevna Xolodnaya (Levçenko; ; ) — Rusiya İmperiyasının kino aktrisası. O, Rusiya İmperiyasında ilk səssiz film ulduzu idi. Onun yalnız beş filmi günümüzə qədər gəlib çatmışdır və oynadığı rolların sayının 50-dən 100-ə qədər olduğu fərz edilsə də, dəqiq sayı bəlli deyil.
Erkən həyatı Vera Levçenko Poltavada (Rusiya İmperiyası, indiki Ukrayna) anadan olmuş, 2 yaşında ikən dul nənəsi ilə Moskvaya köçmüşdür. O, klassik balet üzrə karyera qurmaq arzusunda idi və Böyük Teatrın balet məktəbinə daxil olmuşdu. Vera uşaqlıqdan ailə teatrlarında iştirak edirdi. O 10 yaşı olanda məşhur Perepelkina gimnaziyasına göndərildi.
Şəxsi həyatı Vera məzuniyyət gecəsində o vaxt tələbə, gündəlik idman qəzetinin redaktoru və yarış sürücüsü olan Vladimir Xolodnı ilə tanış oldu. Onlar hər iki ailənin narazılığına baxmayaraq, 1910-cu ildə evlənirlər. 1912-ci ildə onların qızı, Yevgeniya doğulub və bir il sonra Nata adlı bir qızı övladlığa götürüblər.
İstinadlar
Kateqoriya:İspan qripindən ölənlər