Alla Qriqoryevna Mazur (; ) — ukraynalı jurnalist. Ukraynanın “1+1” kanalında TSN xəbər proqramının aparıcısı.Телетриумф Həyatı Alla Mazur 16 sentyabr 1965-ci ildə Xmelnitski vilayəti həkim ailəsində anadan olub. Atası Qriqori diş həkimi olub. O, məktəbi qızıl medalla bitirib. Onun məqalələri yerli rayon qəzetində tez-tez dərc olunurdu.

O, Taras Şevçenko adına Kiyev Milli Universitetinin jurnalistika fakültəsini bitirib. O, Ukrayna radiosunda müxbir, redaksiya rəhbəri, Ukrayna radiosu Birinci Kanalının baş redaksiyasında, proqram aparıcısı kimi çalışıb. Çernobıl qəzasının ildönümü üçün və 1991-ci ildə Ukraynada prezident seçkiləri zamanı radio marafonları hazırlayıb və aparıcılıq edib. Radioda işləyərkən o, həm də “Şəhərdən şəhərə” radio proqramının aparıcısı olub. 1993-cü ildə UTN məlumat proqramlarını aparmaq üçün UT-1-ə dəvət edilib. O, iqtisadi və siyasi mövzularda “Kəsişmə” (Ukrayna-Amerika layihəsi) tok-şousunun aparıcısı olub, “İnvestisiya hekayəsi” televiziya jurnalistik serialının (Ukrayna-Slovakiya layihəsi) müəllifi və aparıcısı olub.

1997-ci ilin yanvar ayından "1+1" kanalında TSN xəbərlərinin aparıcısıdır. Hazırda o, həftəlik “TSN. Həftə" proqramını aparır.

2019-cu ilin noyabrından 2020-ci ilin may ayına qədər o, xərçəng xəstəliyindən müalicə olunub. Ailəsi Oğul Artyom 15 aprel 2008-ci ildə anadan olub.

Mükafatları 1996-cı il — “İlin adamı” kampaniyası çərçivəsində 1995-ci ilin "Ən yaxşı telejurnalisti" nominasiyasında “Prometey-Prestij” mükafatının qalibi. 1998-ci il— Dördüncü Ümumkrayna Jurnalistika festivalının nəticələrinə görə, Ukraynada informasiya proqramlarının ən yaxşı aparıcısı və “Milli Tanınma” titulunun sahibi. 1998-ci il — MDB ölkələrinin birinci Dövlətlərarası Forumunda “İnformasiya proqramlarının ən yaxşı aparıcısı” nominasiyası üzrə qalib olmuşdur. 1999-cu il— "Ukraynanın işgüzar qadını - 1998" müsabiqəsinin nəticələrinə görə, "Televiziya aparıcısı" nominasiyasının qalibi. 1999 год — III dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif edilmişdir.Указ Президента Украины от 20 августа 1999 года № 1031/99 «Про відзначення нагородами України працівників засобів масової інформації» 2001-2003-cü illər — Televiziya sahəsində Ukrayna Milli mükafatı "Teletriumf"a "İnformasiya proqramının aparıcısı" kateqoriyasında layiq görülmüşdü. 2010-cu il— Televiziya sahəsində Ukrayna Milli mükafatı "Teletriumf"a "İnformasiya proqramının aparıcısı" kateqoriyasında layiq görülmüşdü. 2012-2013-cü illər — Televiziya sahəsində Ukrayna Milli mükafatı "Teletriumf"a "İnformasiya proqramının aparıcısı" kateqoriyasında layiq görülmüşdü. 2015-ci il — Televiziya sahəsində Ukrayna Milli mükafatı "Teletriumf"a "İnformasiya proqramının aparıcısı" kateqoriyasında layiq görülmüşdü. 2016-cı il — Televiziya sahəsində Ukrayna Milli mükafatı "Teletriumf"a "İnformasiya proqramının aparıcısı" kateqoriyasında layiq görülmüşdü. 2018-ci il— Teletriumph-2018" mükafatına "İnformasiya, məlumat və analitik proqramın aparıcısı" kateqoriyasında layiq görülmüşdü. 2020-ci il — II dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif edilmişdir.

İstinadlar

Xarici keçidlər Профиль на сайте 1+1

Kateqoriya:Ukraynanın televiziya aparıcıları Kateqoriya:II dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif edilənlər Kateqoriya:III dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif edilənlər