— Yaponiya diplomatı. Yaponiyanın Azərbaycandakı və Gürcüstandakı keçmiş səfiri.
Fəaliyyəti Toşiyuki Fucivara 40 il Yaponiya Xarici İşlər Nazirliyi sistemində fəaliyyət göstərmişdir. 1998-ci ilin fevralında Xarici İşlər Nazirliyində müstəqilliyini yenidən bərpa etmiş ölkələrlə iş üzrə şöbəyə rəhbərlik edərkən Azərbaycan prezidenti Heydər Əliyevin dövlət qonağı kimi dəvət olunması təklif etmişdir. 1999–2002-ci illərdə Yaponiyanın Azərbaycanda səfiri olmuş, daha sonra bir müddət BMT-nin islahatlar üzrə xüsusi elçisi və Yaponiya Beynəlxalq Münasibətlər İnstitutunun baş direktoru kimi işləmişdir. O, Azərbaycanda "maarifçi səfir" kimi tanınmışdır. Bu, Fucivaranın digər sahələrlə müqayisədə təhsilə daha çox diqqət yetirməsi və qısa müddət ərzində təhsillə bağlı çoxsaylı layihələrin, xüsusilə də "Ot kökləri və insan təhlükəsizliyi" qrant layihəsi əsasında məktəb tikintisinə diqqət yetirməsi ilə bağlı olmuşdur.
Mükafatları 2004-cü ildə Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilmiş Azərbaycanda ilin adamı mükafatını almışdır. Yaponiya ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xidmətlərinə görə 5 oktyabr 2004-cü ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
İstinadlar
Kateqoriya:Yaponiyanın Azərbaycandakı səfirləri