Sen-Jan-de-Moren — 1917-ci ilin ortalarında Birinci Dünya müharibəsi zamanı imzalanmış gizli müqavilələrdən biridir. İngiltərə və Fransa Osmanlı imperiyasının parçalanması üçün torpaq verəcəyini vəd edərək İtaliyanı Müttəfiq dövlətlərin tərəfində müharibəyə girməyə razı saldılar. Bu müqaviləyə görə Mersindən başqa Antalya, Konya, Aydın və İzmirin İtaliyaya verilməsi istənilirdi. Oradakı maddələrə görə, müqavilə rusların təsdiqinə tabe idi. Lakin Rusiya hökuməti bolşeviklər tərəfindən devrildiyindən bu müqavilə heç vaxt qüvvəyə minmədi. Buna baxmayaraq, italyanlar onlara vəd edilmiş torpaqları istəməkdə israr edirdilər. Hətta bir italyan senator "Başqaları heç nə almasa, biz də heç nə tələb etməyəcəyik" söyləmişdi.Paul C. Helmreich. From Paris to Sevres. Thr Partition of the Ottoman Empire at the Peace Conference of 1919–1920. (Colombus, Ohio: Ohio State University Press, 1974) sayfa. 18

İstinadlar

Ədəbiyyat

Helmreich, Paul C. "Italy and the Anglo-French Repudiation of the 1917 St. Jean de Maurienne Agreement." Journal of Modern History 48.S2 (1976): 99-139. in JSTOR

Kateqoriya:1917-ci ildəki hadisələr Kateqoriya:Birləşmiş Krallığın müqavilələri Kateqoriya:Rusiyanın müqavilələri Kateqoriya:Avropa tarixi Kateqoriya:İtaliyanın müqavilələri Kateqoriya:Osmanlı imperiyasının müqavilələri Kateqoriya:İtaliyanın modern tarixi