Pol Boyer (; ) — amerikalı kimyaçı. ATP sintezinin enzimatik təbiətini kəşf etdiyinə görə 1997-ci ildə kimya üzrə Nobel mükafatı laureatı adına layıq görülmüşdır.
Fəlsəfə doktoru (1943 il). ABŞ Milli Elmlər Akademiyasının (1970 il)Paul D. Boyer Архивная копия от 21 октября 2018 на Wayback Machine (англ.) və Amerika Fəlsəfə Cəmiyyətinin (1998 il)APS Member History. Дата обращения: 7 сентября 2021. Архивировано 5 октября 2021 года. üzvü.
Bioqrafiyası O, 1939-cu ildə Brigam Yanga Universitetində kimya üzrə bakalavr dərəcəsi və 1943-cü ildə Madisondakı Viskonsin Universitetində biokimya üzrə doktorluq dərəcəsi alıb. Minnesota Universitetində 1946–63-cü illərdə fermentlərin təsir mexanizmini öyrənmək üçün kinetik, izotop və kimyəvi tədqiqat üsullarını təqdim etdi. 1963-cü ildə Los-Ancelesdəki Kaliforniya Universitetində kimya və biokimya professoru oldu (1999-cu ildən əməkdardır). Burada o, ATP sintezi mexanizmini öyrənib, bunun üçün 1997-ci ildə Con Uokerlə birlikdə kimya üzrə Nobel mükafatını alıb. Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü (1968 il).
2016-cı ildə o, Greenpeace, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərə (GMO) qarşı mübarizəni dayandırmağa çağıran bir məktub imzaladı107 Nobel laureates sign letter blasting Greenpeace over GMOs. Дата обращения: 1 июля 2016. Архивировано 29 июня 2016 года.Laureates Letter Supporting Precision Agriculture (GMOs). Дата обращения: 1 июля 2016. Архивировано 7 июля 2016 года.Список нобелевских лауреатов подписавших письмо. Дата обращения: 1 июля 2016. Архивировано 2 сентября 2017 года..
18 cildlik "Fermentlər" kursunun redaktoru (1971–90 illərdə). Əsasən fermentlər üzrə 300-dən çox əsərin də müəllifidir.
Mükafatları Ferment Kimyası üzrə Pfizer Mükafatı (1955 il) Quggenhaym Təqaüdü (1955 il)Paul D. Boyer (англ.). John Simon Guggenheim Foundation. gf.org. Дата обращения: 9 сентября 2019. Архивировано 20 августа 2019 года. Veizmann Memorial Lectures (1984 il) Villiam C. Rose Mükafatı (1989 il) Kimya üzrə Nobel Mükafatı (1997 il) Stokholm Universitetinin (1974 il), Minnesota Universitetinin (1996 il) və Viskonsin Universitetinin (1998 il) fəxri doktoru.
İstinadlar
Kateqoriya:Kimya üzrə Nobel mükafatı laureatları Kateqoriya:ABŞ ateistləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:Los-Anceles Kaliforniya Universitetinin müəllimləri Kateqoriya:Minnesota Universitetinin müəllimləri Kateqoriya:Alimlər