Metro körpüsü () — Ukraynanın paytaxtı Kiyevdə Dnepr çayı üzərindən keçən Brovarski prospektinin ilk metro körpüsüdür. Layihəsi, Q. B. Fuks və Y. İnosov tərəfindən hazırlanmış və 1965-ci ildə Kiyev metro sisteminin genişləndirilməsi məqsədilə inşa edilmişdir.Центральный государственный научно-технический архив Украины: Фукс Георгий Борисович Körpü həm metronun Svyatoşinsko-Brovarska xətti, həm də avtomobillərin hərəkəti üçün istifadə olunur. Körpü Dnepr çayının sağ sahilində Kiyev metrosunun Dnepr stansiyasında bitir.
2008-ci ildən körpü "yeni müəyyən edilmiş mədəni irs obyekti", memarlıq və şəhərsalma, elm və texnologiya abidəsi statusuna malikdir (mühafizə nömrəsi 529/2-Kv).Наказ Міністерства культури і туризму України від 07.11.2008 № 1285/0/16–08. (Об'єкти культурної спадщини Печерського району в м. Києві. )
Ümumi məlumat Körpü, Venetsian adasını, eləcə də sol və sağ sahilləri birləşdirdiyi üçün iki keçiddən ibarətdir. Daha böyük arakəsmə isə yüksək mərkəzi metro zolağından və ayrı-ayrı, aşağı estakadlarda yan avtomobil arakəsmələrindən ibarətdir. Körpünün həm metro, həm də avtomobil yolları fərqli tağlı konturlara malikdir. Bunun səbəbi, metro xəttinin Dnepr stansiyası ilə sağ sahilin sonuna qədər davam etməsidir.
Venetsian adasını sol sahillə birləşdirən Rusanivski körpüsü,iki şimal hərəkət zolağı və cənub metro yolu ilə daha ənənəvi səciyyəli estakaddır.
Hadisələr 2019-cu il sentyabrın 18-də körpü terrorçular tərəfindən tutulub. Rusiya-Ukrayna müharibəsi veteranı körpünü partlatmaqla hədələyib. Körpünün üzərindən nəqliyyatın hərəkəti bir neçə saat dayandırıldı. Bu şəxs həbs olunmazdan əvvəl bütün şəhərdə geniş nəqliyyat problemlərinə səbəb oldu. Onun əlində heç bir partlayıcı maddə olmadığı, sadəcə tüfəng olduğu və onunla polisin pilotsuz uçan aparatını vurduğu məlum olub.
Qalereya
Panoraması
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Веб-энциклопедия Киева Спутниковый снимок на карте Google История и описание с множеством фотографий на сайте "Мир метро"
Kateqoriya:Kiyev metropoliteni Kateqoriya:Dnepr üzərindəki körpülər Kateqoriya:Dəmir-beton körpülər