Tampere Yunayted — Finlandiyada futbol klubu. Finlandiyanın Yüksək Futbol Liqası — Veikkausliiga-da çıxış edir. Klub Tampere şəhərində yerləşir. 2011-ci ilin aprelində müqavilə matçlarında iştirakına görə peşəkar lisenziyadan məhrum edilib.

Tarixçəsi Klub 1998-ci ilin iyul ayında təsis edilib. Əvvəlcə yerli "İlves" klublarını və TPV-ni bütöv bir komandada birləşdirmək planlaşdırılırdı. Tezliklə, "İlves" maliyyə problemləri səbəbiylə dağıldı və "Tampere Yunayted" komanda yarandı.

Uğurları Finlandiya Çempionu: 2001, 2006, 2007 Finlandiya çempionatında 3-cü yer: 2003, 2004, 2005 Finlandiya Kubokunun Sahibi: 2007 Finlandiya Kubokunun Finalçısı: 2001, 2009 Fin Liqası Kuboku sahibi: 2009

Avropa kuboklarında iştirak 3 dəfə Avropa kuboklarında iştirak edib.

İstinadlar

Xarici keçidlər Futbol klubunun rəsmi səhifəsi Komanda qeyri-rəsmi fan saytı

Kateqoriya:Finlandiya futbol klubları Kateqoriya:1998-ci ildə yarananlar