Avdeyevka döyüşü — Ukraynanın Donetsk vilayətinə daxil olan Avdeyevka şəhəri uğrunda Rusiya Silahlı Qüvvələri və Ukrayna Silahlı Qüvvələri arasında baş vermiş döyüşü. Döyüşlər strateji əhəmiyyəti olan Avdeyevka şəhərinə nəzarət uğrunda 2022-ci ilin 21 fevral tarixindən etibarən başlamış, təxminən iki il davam edərək 2024-cü ilin 16 fevral tarixinə qədər davam etmişdir. Avdeyevka Rusiya Silahlı Qüvvələri üçün xüsusi əhəmiyyət daşıdığından şəhərin işğal əməliyyatlarına Rusiya–Ukrayna müharibəsinin ilk günlərindən etibarən start verilmişdir.

Avdeyevka döyüşləri 2022-ci ilin qışından başlanan müharibənin ən qanlı toqquşmalarından biri kimi tarixə keçib.

Avdeyevka Ukraynanın ən möhkəmləndirilmiş və strateji yaşayış məntəqələrindən biridir və yaxınlıqdakı Donetsk şəhərinə açılan giriş qapısı olaraq təsvir edilir. Şəhərin Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olması Rusiyanın Donetsk və ətraf resuslar üzərindəki nəzarətini çətinləşdirirdi və beləliklə Rusiya Silahlı Qüvvələrinin mümkün irəliləyişinin qarşısı kəsilmiş olurdu.

Ukraynanın Avdeyevkaya nəzarəti Rusiyanın Donetskdən və onun resurslarından kommunikasiya qovşağı kimi istifadə etməsinə mane olmuş və Rusiyanın bu oxda irəliləyişlərinin qarşısını almışdı."Ukraine war Russia executing own retreating soldiers, US says," October 27, 2023, BBC News, retrieved October 27, 2023 18 aydan çox davam edən fasiləsiz döyüşlərdən sonra Rusiya qüvvələri 2023-cü ilin oktyabr ayında şəhəri ələ keçirmək üçün həlledici döyüş əməliyyatlarına başlamışdır.

2024-cü ilin 17 fevral tarixində Ukrayna qüvvələrinin sonuncu təchizat maşınları şəhəri tərk edib və ardınca Ukraynanın hərbi komandanı Aleksandr Sırski verdiyi açıqlamasında mühasirəyə düşməmək və xidmət personalının həyat və sağlamlığını qorumaq üçün Ukrayna qüvvələri şəhərdən çıxmaq məcburiyyətində qalmışdır açıqlamasını verib.

Avdeyevkanın işğalı 2023-cü ilin mayında Baxmutun işğal edilməsindən sonra Rusiya ordusunun ən böyük ərazi irəliləyişi kimi qiymətləndirilir. 2023-cü ilin yayındakı Ukrayna Silahlı Qüvvələrinin uğursuz əks-hücum əməliyyatlarından sonra Rusiya ordusu ümumi müharibədəki təşəbbüsü ələ keçirməyə başlayıb.

Arxa plan

Erkən döyüşlər

Erkən döyüşlər və bombardman (fevral–may 2022)

Separatçıların şəhərin şimal-şərqinə doğru irəliləməsi (iyun–iyul 2022)

Yenilənmiş hücumlar və Piskinin işğalı (28 iyul 2022 — mart 2023)

Şəhərin cənub-qərbində döyüşlər (mart–sentyabr 2023)

Əsas döyüş

İlkin mexaniləşdirilmiş hücumlar (10 oktyabr — 12 noyabr 2023)

Cənub sənaye zonasının tutulması (13 noyabr – 4 dekabr 2023)

Şimal ətəklərində mühasirə və irəliləmənin davamı (5 dekabr 2023 – 20 yanvar 2024)

Cənub və şimal ətraflarında əks-hücum (20 yanvar — 7 fevral 2024)

Şəhər mərkəzində və qatar relsləri boyunca döyüşlər (8–14 fevral 2024)

Ukraynanın geri çəkilməsi (14–17 fevral 2024)

Sonluq

Hərbi itkilər

Ukraynanın Rusiya itkiləri ilə bağlı iddiaları

Qərbin Rusiya və Ukraynanın itkiləri ilə bağlı təxminləri

Mülki itkilər

Təhlil

Döyüş sahəsindəki vəziyyəti

Şəxsi heyət və taktika

Şəhərin strateji əhəmiyyəti thumb|right|280px|Ukrayna Prezidenti Volodimir Zelenskinin 2023-cü ilin 29 dekabr tarixində Avdeyevka şəhərinin girişində çəkilmiş fotosu.

İstinadlar

Kateqoriya:Rusiya–Ukrayna müharibəsi (2022–hazırda)