"FKSB" (; 1961-2017-ci illərdə "Styaua" () adlanırdı) — Rumıniyanın futbol klubu.

Tarixi 30 mart 2017-ci ildə klubun adı dəyişdirilərək FC FCSB adlandırılmışdırRumıniyanın ən titullu klublarından biri "Styaua"nın adı rəsmən dəyişdirilib. Fanat.Az xəbər verir ki, bununla bağlı gedən məhkəmə prosesi başa çatıb. fanat.az, 31.03.2017 . Buna səbəb "Styaua" adı ilə bağlı Rumıniya ordusunun iddia qaldırması olmuşdur. Həmin iddiada bu adın patent hüququnun orduya məxsus olduğu bildirilmiş və 2004-cü ildən bəri klubun bu addan qanunsuz istifadə etdiyi qeyd olunmuşdu. Məhkəmə ordunun iddiasını təmin edərək klubun adının dəyişdirilməsinə qərar vermiş, Rumıniya Futbol Federasiyası ad dəyişikliyini təsdiqləmişdir.

Avropa kuboklarında iştirak 36 dəfə Avropa kuboklarında iştirak edib.

Uğurları 1 dəfə UEFA Çempionlar Kubokunun qalibi-1986.

1986-cı ildə Styaua UEFA Çempionlar Kubokunun finalında İspaniyanın Barselona klubunu oyunsonrası penalti seriyasında 2-0 hesabı ilə məğlub edərək tarixində ilk və sonuncu dəfə bu titulu qazanmışdır.

İstinadlar

Kateqoriya:Rumıniya futbol klubları Kateqoriya:1947-ci ildə yarananlar Kateqoriya:7 iyunda yarananlar Kateqoriya:UEFA Çempionlar Liqasının qalib klubları Kateqoriya:UEFA Super Kubokunu qazanan klublar