Arhavi (; ) —Türkiyənin Qara dəniz regionuna daxil olan Artvin ilinin rayonlarından biri və həmin rayonun inzibati mərkəzi. 2021-ci ildə aparılmış əhalinin siyahıyaalınmasına əsasən distriktdə 21.661 nəfər yaşayır. Arhavi Artvin ilinin dördüncü ən böyük rayondur. Şəhər əhalisinin sayına görə Artvin ilində Artvin və Hopadan sonra ən böyük üçüncü şəhər sayılır. Arhavi əhalisinin mütləq əksəriyyətini lazlar və etnik gürcülər təşkil etməkdədir.

Relyefi dərə və dağlıqdır. Rayon mərkəzinin sahəsi təqribən 6 km², ümumi rayon sahəsi isə 314 km²-dir. Sahil xəttinin uzunluğu 9,69 km-dir.

İstinadlar

Kateqoriya:Qara dəniz regionu Kateqoriya:Qara dəniz regionunun yaşayış məntəqələri Kateqoriya:Artvin ili Kateqoriya:Gürcüstanın tarixi vilayətləri Kateqoriya:Türkiyənin sahilyanı yaşayış məntəqələri