Hüccətülislam () — şiə dini titullarından biri, Ayətullah və Böyük Ayətullah ilə birlikdə, Ayətullahdan aşağı bir rütbə, təxminən Xristianlıqda yepiskopa bərabərdir.

Başlanğıcda bu titul yalnız böyük müctəhidlərə verilirdi, lakin 1920-ci illərin ortalarından etibarən Ayətullah rütbəsi böyük müctəhidlər arasında yayıldıqca orta səviyyəli İslam alimləri üçün də istifadə olunmağa başlanmışdır.

Hücətülislam titulunu əldə etmək üçün hauza fiqh, kəlam, hədis, təfsir, fəlsəfə və ərəb ədəbiyyatının öyrənilməsini əhatə edən ali teoloji təhsil kursunu bitirmək lazımdır. Tələbə bu fənləri mənimsədikdən sonra hüccətülislam rütbəsinə layiq görülür və o, müctəhid ola bilər.

Ən məşhur hüccətülislamların siyahısı Məhəmməd Hatəmi Muhsin Kadivar Məhəmməd Cavad Bahonar Əli Yunisi Mohseni-Ecey Qulam Hüsseyn Məhəmməd Reyşahri Əli Fallahian Mehdi Kərrubi Müqtəda əs-Sədr Seyid Həsən Nəsrullah

Həmçinin bax Əbu Hamid əl-Qəzali — Sünni ilahiyyatçı və filosof. O, sünnilərdən Hüccətülislam fəxri adını almışdır.

İstinadlar

Kateqoriya:İslam terminləri Kateqoriya:Ərəb dilində sözlər və ifadələr Kateqoriya:Şiəlik