Süleyman ibn Sürəd Xüzai — () O Kufədəki "Bəni Xüzaə" qəbiləsinin rəhbəri və "Əbu Mutrif" ləqəbi ilə məşhurdur. Bəziləri onu səhabə, bəziləri isə ona tabein hesab etmişlər. Təvvabin hərəkatının liderlik qrupunun beş əsas üzvü arasında Təvvabinin rəhbəri kimi tanınırdı. Kufə ağsaqqallarından olan o 5 nəfər bunlardır: 1. Süleyman ibn Sürəd Xüzai; 2. Abdullah ibni Val Təmimi; 3. Rifaə ibni Şəddad Bəcəliy; 4. Abdullah ibni Səd Əzdi; 5. Abdullah ibni Nəcbə Fəzari. Süleyman ibn Sürəd Xüzai İslam peyğəmbəri Məhəmməd Mustafanın (s) dövründə yaşamış və İslam Peyğəmbərindən birbaşa hədisləri Altı kitabda nəql edilmişdir. Tarixi mənbələrdə onun doğum tarixi qeyd olunmasa da, hicri qəməri tarixi ilə 65-ci ildə şəhid olanda 93 yaşında olduğu üçün peyğəmbərdən 5 il əvvəl dünyaya gəldiyi ehtimal edilir.

Süleyman və Təvvabin hərəkatı O, həzrəti Əli, Həsən bin Əli və Hüseyn bin Əlinin səhabələrindən idi və Kufədəki şiələrin görkəmli simalarından və rəhbərlərindən biri və İmam Hüseynin qanının qısasını almaq istəyən Təvvabin hərəkatının rəhbəri idi. Bu müharibənin nəticəsi Təvvabinin məğlubiyyəti və Süleyman ibn Sürəd Xüzainin ölümü ilə nəticələndi. Təvvabin hərəkatı Kərbəla hadisəsindən dörd il sonra olduğu üçün Əməvilərlə mübarizədə o qədər də təsirli olmadı və demək olar onlar qiyamın məqsədlərinə çata bilmədilər.

Həmçinin bax Hüseyn ibn Əli (ə) Aşura Təvvabin hərəkatı Muxtar Səqəfi

İstinadlar

Xarici keçidlər

Azərbaycan İlahiyyat İnstitutu və Heydər məscidinin birgə təşkilatçılığı ilə keçirilən "Dini və tarixi aspektdən Kərbəla hadisəsi" konfransında məruzə edilmiş: "Kərbəla faciəsində Süleyman ibn Sürəd Xüzainin rolu". Bakı, 2023.09.07

Kateqoriya:Kərbəla döyüşü Kateqoriya:Hüseyn ibn Əli Kateqoriya:VII əsr ərəbləri